Icma.az
close
up
RU
İnsultun “saatı”: Beyin üçün gecə daha təhlükəlidir?

İnsultun “saatı”: Beyin üçün gecə daha təhlükəlidir?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İnsult bu gün insan həyatına və sağlamlığına ciddi təsir göstərən əsas xəstəliklərdən biridir. Dünyada hər il milyonlarla insan bu xəstəliklə üz-üzə qalır, minlərlə ailənin həyatı isə bir anın içində dəyişir. Tibbi statistika göstərir ki, insultun vaxtında aşkarlanması və düzgün müdaxilə həyati əhəmiyyət daşıyır. Uzun illər ərzində insultun əsas səbəbləri kimi yüksək qan təzyiqi, şəkərli diabet, stress və zərərli vərdişlər göstərilsə də, son elmi araşdırmalar bu siyahıya daha bir mühüm amili əlavə edir – insultun baş verdiyi günün vaxtı.

İspaniyanın III Karl Milli Ürək-Damar Tədqiqatları Mərkəzinin (CNIC) alimlərinin apardığı yeni araşdırma bu baxımdan maraqlı və düşündürücü nəticələr ortaya qoyub. Alimlər müəyyən ediblər ki, işemik insultun ağırlığı onun baş verdiyi günün vaxtından asılıdır.

Araşdırmalara görə, axşam və gecə saatlarında baş verən insultlar zamanı beyinin zədələnməsi, adətən, daha güclü olur. Tədqiqatların əticələri nüfuzlu “Circulation Research” jurnalında dərc olunaraq elmi ictimaiyyətin diqqətinə çatdırılıb. Bildirilir ki, bu prosesdə əsas rol neytrofillərin - anadangəlmə immunitetin ən çoxsaylı hüceyrələrinin - sutkalıq ritmlə tənzimlənməsidir. Məhz bu hüceyrələr insult zamanı ilk reaksiya verənlərdir. Siçanlar üzərində aparılan təcrübələr və 500-dən çox pasiyentin klinik məlumatlarının təhlili göstərib ki, sutkalıq dövrün müəyyən fazalarında neytrofillər daha aqressiv, iltihab yaradan vəziyyətə keçir. 

Axşam və gecə saatlarında bu hüceyrələr daha fəal şəkildə hüceyrədənkənar tələlər - DNT və zülallardan ibarət hörümçək toruna bənzər strukturlar - ifraz edir. Normal halda bu strukturlar orqanizmin infeksiyalara qarşı mübarizəsinə kömək edir, lakin insult zamanı onların artıqlığı beyində mikrosirkulyasiyanı pozur, mikrotrombların yaranmasına səbəb olur, əlavə qan dövranını azaldır və toxuma zədələnməsini gücləndirir. Əksinə, səhər saatlarında neytrofillər daha sakit davranır, bu isə insult zamanı zədələnmə zonasının daha kiçik olmasına kömək edir. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu məlumatlar izah edir ki, niyə eyni simptomlara malik xəstələrdə insultun nəticələri tamamilə fərqli ola bilər.

Bu fakt bir daha göstərir ki, insult yalnız qəfil baş verən hadisə deyil, onun arxasında mürəkkəb bioloji mexanizmlər dayanır və bu mexanizmlərin düzgün öyrənilməsi gələcəkdə daha effektiv müalicə üsullarının tətbiqinə yol aça bilər. 

Nəticə olaraq deyə bilərik ki,  müasir elmin ortaya qoyduğu bu fakt cəmiyyət üçün ciddi xəbərdarlıq siqnalıdır. İnsultun yalnız qəfil baş verən tibbi hadisə deyil, günün vaxtı ilə birbaşa əlaqəli həyati risk olduğu artıq elmi əsaslarla təsdiqlənir. Xüsusilə axşam və gecə saatlarında sağlamlığa diqqətin artırılması, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərin mütəmadi tibbi nəzarətdə saxlanılması və ailə üzvlərinin məsuliyyətinin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Hər bir vətəndaş bilməlidir ki, sağlamlığa qarşı laqeydlik  bir gecənin içində bütöv bir ömrün axarını dəyişə bilər. Bu baxımdan, elmin səsinə vaxtında qulaq asmaq, tövsiyələrə əməl etmək və profilaktik tədbirləri həyat tərzinə çevirmək hər kəsin mənəvi borcudur. Çünki bəzən həyatımızın taleyi təkcə saatlarla deyil, saniyələrlə ölçülür.

Nurəngiz Adilqızı

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Mart 2026 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri