İnter və Milan San Siro nu almaq üçün şəhərlə razılığa gəliblər
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
İtaliyanın Milan şəhərinin meri Cüzeppe Sala, "İnter" və "Milan"ın ortaq stadionu olan "San Siro"nun alınması ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
“Sabah (sentyabrın 17-də - red.) hər şey yaxşı olarsa, biz klublarla faktiki razılığa gəldiyimiz üçün "San Siro"nun satışı ilə bağlı Şəhər Şurasına qərar təqdim edəcəyik.
Stadion 2031-ci ilə qədər hazır olmalıdır, çünki UEFA, "San Siro" hazırkı vəziyyətdə qalarsa, Milanı 2032-ci il Avropa Futbol Çempionatına ev sahibliyi etmək baxımından nəzərdən keçirməyəcəyini bəyan edib.
Layihə təklifi ilə bağlı qərar qəbul ediləcək, daha sonra satışla bağlı Şəhər Şurasına qərar təqdim edəcəyik. Əvvəlcə komitələr, müzakirələr olacaq, sonra qərar verməliyik. İstəyirəm ki, vicdanım təmiz olsun, Şəhər Şurasına qətnaməni təklif edib, təsdiqini dəstəkləyəcəm. Mən lehinə səs verəcəyəm, sonra Şəhər Şurası qərar verəcək. Bütün bunlar ayın sonuna qədər baş verəcək" deyə "Sky Sport Italia" merdən sitat gətirir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 16 Sentyabr 2025 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















