Icma.az
close
up
RU
Kremlin seçki oyunu: Putin Ukraynada yeni prezidenti belə seçmək istəyir

Kremlin seçki oyunu: Putin Ukraynada yeni prezidenti belə seçmək istəyir

Sitat.info portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, Ukraynada mümkün prezident seçkilərinin təhlükəsizliyini təmin etmək barədə düşünməyə hazırıq. Putinin sözlərinə görə, Rusiya seçkilər zamanı təhlükəsizliyi təmin etmək üçün Ukrayna ərazisinin dərinliklərinə zərbələr endirməyəcək. Ancaq Kremli sahibinin şərti var: “Əgər seçkilər keçirilərsə, Rusiyada yaşayan ukraynalılar üçün Rusiya ərazisində səsvermənin təşkil edilməsini tələb edirik”. Görünür, Putin ümid edir ki, Rusiyada yaşayan ukraynalıların səsi hesabına Ukraynada Yanukoviçə bənzər siyasətçini Prezident kürsüsündə otuzdura biləcək və həmin şəxs Rusiyanın alçaldıcı şərtlərini qəbul edəcək".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Rusiyada yaşayan ukraynalıların səsi Prezident seçkisində həlledəci olmayacaq: "Rusiya Krımı və Donbasın böyük hissəsini işğal etdikdən sonra Ukraynada ruspərəst siyasətçinin prezident seçilməsi ehtimalı son dərəcə azdır. Rusiyaya yaxınlığı ilə tanınan Viktor Yanukoviç Kırım və Donbasdakı əhalinin səsləri hesabına prezident seçilmişdi. İndi həmin seçicilər Ukraynanın kənarında qalıblar və Ukraynada seçkilərin nəticələrinə təsir edə bilmirlər".

E.Şahinoğlu qeyd edib ki, seçkilərlə bağlı Putinlə yanaşı ABŞ Prezidenti Donald Tramp da Ukrayna Prezidenti Volodimir Zelenskiyə təzyiq edir: "Yəqin Putin kimi Tramp da düşünür ki, Ukraynada Prezident seçkisi keçirilsə, Zelenski ya namizədliyini irəli sürməyəcək, ya da seçkidə məğlub olacaq. Birincisi, Zelenski yenidən namizədliyini irəli sürüb qələbə çala da bilər və bu halda Ukrayna işğalçıya qarşı müharibəni davam etdirəcək. Ancaq Zelenski Prezident seçilməsə belə, bir başqası Donbasın tamamından imtina etməyəcək. Donbas bir yana qalsın, Putin bu gün mətbuat konfransıda bildirib ki, onun Xerson və Zaporojyedən də imtina etmək fikri yoxdur. Putinin mətbuat konfransında arxasındakı xəritədə də Donbasla yanaşı Xerson və Zaporojyenin tamamı Rusiya ərazisi kimi göstərilib. Halbuki, bu iki bölgənin təxminən 40 faizi Ukrayna ordusunun nəzarətindədir. Nə qədər ki, Putin hakimiyyətdədir, müharibənin dayandırılması real görünmür".

Gülxar,

Sitat.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see516

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see404

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see361

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see280

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see273

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see261

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see255

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see254

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see245

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see237

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see230

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see223

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see220

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see216

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see214

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see207

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see206

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see192

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see191

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri