“İnter“in müdafiəçisi “Barselona“nın təklifini rədd etdi FOTO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
İtaliyanın "İnter" klubunun müdafiəçisi Alessandro Bastoni İspaniya nəhəngi "Barselona"nın transfer təklifini qəti şəkildə geri çevirib.
Moderator.az xəbər verir ki, 26 yaşlı istedadlı futbolçu yaxın gələcək karyerasını başqa klubda davam etdirmək fikrindən uzaqdır.
Kataloniya təmsilçisinin rəsmiləri italyan oyunçunun yaxın çevrəsi ilə əlaqə yaratsalar da, proses hər hansı ciddi danışıqlar mərhələsinə keçməyib. Futbolçu öz qərarında qətiyyətlidir və Milan klubunun rəngləri altında çıxışını davam etdirməyi hədəfləyir.
"İnter" rəhbərliyi də öz növbəsində Bastonini komandanın müdafiə xəttinin ən önəmli və əvəzolunmaz fiqurlarından biri hesab edir.
Xatırladaq ki, ötən həftə yayılan məlumatlarda "İnter"in Bastoni üçün "Barselona" tərəfindən irəli sürülən 45 milyon avroluq ilkin təklifdən imtina etdiyi və bu transfer üçün minimum 60 milyon avro istədiyi vurğulanmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 11 Aprel 2026 15:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















