Icma.az
close
up
RU
İnternetdə Azərbaycan dilində məlumatların az olmasının səbəbləri nədir?

İnternetdə Azərbaycan dilində məlumatların az olmasının səbəbləri nədir?

Icma.az, Missiya.az portalına istinadən məlumat verir.


Müasir dövrümüzdə məlumat əldə etmək, araşdırmalar aparmaq üçün axtarış motorlar, ünsiyyət qurmaqda isə sosial şəbəkələr köməyimizə çatır. Lakin Azərbaycan dilində vikipediya məqalələrinin sayı ya azdır ya da ümumiyyətlə heç yoxdur. Bu problem illərdir ki, aktuallığını qoruyub saxlayır. Son illərdə inkişaf müşahidə olunsa da vəziyyət hələ də ürəkaçan deyil. 
Niyə internetdə Azərbaycan dilində informasiya qıtlığı var? Bunun səbəblərini öyrənmək məqsədilə marketoloq Marat Namazovla əlaqə saxladıq. O, Missiya.Az - a açıqlaması zamanı deyib ki, problemin səbəbləri müxtəlifdir:
“Bunlardan biri aktiv istifadəçi sayının azlığıdır. İngilis, rus və ya türk dillərində vikipediyada aktiv redaktorların sayı kifayət qədərdir. Lakin Azərbaycan dilində yazan, məqalə yaradan istifadəçilər nisbətən azdır. Məlumat əlavə edən, mövcud məqalələri redaktə edən könüllü istifadəçilərin sayının az olması yeni məqalələrinin yaradılması prosesini ləngidir. İkinci məsələ məlumat mənbələrinin məhdudluğudur. Vikipediaya əlavə edilən məlumatlarda etibarlı mənbələrə əsaslanmaq gərəklidir. Ölkəmizdə bəzi mövzularda etibarlı və ya açıq mənbələr ya yoxdur, ya da ki az saydadır. Xüsusilə elmi və tarixi mövzularda orijinal və keyfiyyətli Azərbaycan dilində mənbələrin tapılması bir çox hallarda çox çətin olur. Üçüncü səbəb dilimizdə akademik və elmi kontentin məhdudluğudur. Akademik məqalələr, elmi jurnallar və ensiklopedik biliklər əsasən rus, ingilis dillərində dərc edilir. Digər səbəb texnoloji və maliyyə dəstəyinin çatışmazlığıdır. Bəzi inkişaf etmiş ölkələrdə universitetlər və araşdırma institutları vikipediaya xüsusi kontentlər hazırlayır”.


Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://missiya.az
archiveBu xəbər 05 Fevral 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see357

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see294

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see282

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see281

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see243

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see243

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see235

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see226

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see225

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see221

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see220

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see213

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see211

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see209

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see202

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see200

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see196

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see189

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see187

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri