İnternetdən imtina edənlərin sayı arta bilər Sosioloq
Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Oktyabrın 1-dən Azərbaycanda 18 manat və daha aşağı qiymətə təqdim olunan sabit internet tariflərinin 25 manata yüksəldilməsi nəzərdə tutulur.
Demokrat.az-a artım barədə açıqlama verən sosioloq Əhməd Rəhmanov bildirib ki, əvvəl daha aşağı sürətli internet tariflərindən istifadə etmək mümkün idi.
Onun sözlərinə görə, internetin sürəti 40 meqabitə qaldırılıb:
“Mənim 40 meqabit internetə ehtiyacım yoxdur. Amma sürət 40 meqabit olduğu üçün daha çox pul ödəməli oluram. Qiymətlərin bu formada artırılması maddi imkanı məhdud olan insanların internetdən istifadəsinə təsir göstərə bilər. Çünki hər kəsin daha yüksək tarif ödəmək imkanı yoxdur.
Bu gün internet maddi imkanı məhdud insanlar üçün həm maariflənmə, həm əyləncə, həm də informasiya əldə etmək vasitəsidir. Buna görə internet tariflərinin artması həmin insanların internetdən istifadəsinə təsir edə bilər.
Hətta bəzi insanlar son qiymət artımından sonra internetdən imtina ediblər. Onlardan biri yaşlı olduğunu və yeni tarif üzrə ödəniş etməyin onun üçün çətin olduğunu bildirib.
Azərbaycanda pensiyaların məbləğini, yaşlı insanların sayını və internetin qiymətini nəzərə alsaq, bu məsələ müəyyən sosial qruplar üçün əhəmiyyətlidir. Məsələn, yaşlı və internetdən əsasən gündəlik ehtiyacları üçün istifadə edən insanlar üçün daha aşağı sürət kifayət edə bilər.
Lakin tariflərin artması onların internet üçün daha çox vəsait ödəməsinə səbəb olur.
Ona görə də sosial cəhətdən həssas təbəqələrin imkanlarını nəzərə almaq lazımdır. Əks halda, internet tariflərinin artması maddi imkanı az olan insanların internetdən istifadə imkanlarını məhdudlaşdıra bilər”.
Nuray Paşşanlı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:İnternetdən həddindən çox istifadə edənlərin NƏZƏRİNƏ!
01 Avqust 2026 10:19
İnternetdən imtina beyni cavanlaşdırır
30 Mart 2025 09:29
İnternetdən imtina beyninizi 10 il cavanlaşdırır
29 Mart 2025 19:26
“İnternetdən təhlükəsiz istifadə bacarıqları”
18 Dekabr 2025 11:22
Astronavtlar internetdən istifadə edir?
05 May 2026 17:56
Baxış sayı:149
Bu xəbər 16 Sentyabr 2026 17:41 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları