Icma.az
close
up
RU
İntibahın “gizli” qaynağı: Avropa müsəlman Şərqinin təsirini niyə “unudur”?

İntibahın “gizli” qaynağı: Avropa müsəlman Şərqinin təsirini niyə “unudur”?

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa intibahı çox zaman yalnız Avropanın daxili oyanışı, öz keçmişinə dönüşü və klassik antik dövrə əsaslanan mədəni dirçəliş kimi təqdim olunur. Halbuki bu oyanışın arxa fonunda dayanan daha dərin və çoxşaxəli təsirlər mövcuddur. Onlardan biri, bəlkə də, ən çox “unudulanı” müsəlman Şərqinin, xüsusilə Əndəlüsün, Bağdadın, Qahirənin və Buxaranın Avropa intellektual inkişafına verdiyi təsirdir. Avropanın elm və mədəniyyətinin nisbətən tənəzzülə uğradığı orta əsrlərdə İslam dünyası elmin, fəlsəfənin, tibbin, riyaziyyatın və incəsənətin çiçəklənməsi ilə səciyyələnən qızıl dövrünü yaşayırdı. Müsəlman alimlərinin topladığı biliklər sonralar İntibah dövründə Avropanın intellektual yüksəlişində əsas rol oynadı.

IX–XII əsrlərdə İslam dünyası artıq elm, fəlsəfə və sənətdə zirvəyə doğru yüksəlirdi. Abbasilərin dövründə Bağdad “Darülhikmə”nin timsalında qədim yunan, fars və hind biliklərinin ərəb dilinə tərcümə edildiyi, yenidən şərh olunduğu və orijinal nəzəriyyələrlə zənginləşdirildiyi bir mərkəzə çevrilmişdi. Əbu Yusif əl-Kindi, Əl-Fərabi, İbn Sina və İbn Rüşd kimi nəhəng fiqurlar təkcə İslam dünyasının deyil, insan düşüncəsinin ümumi xəzinəsinə böyük töhfələr verdilər. Müsəlman alimləri Aristotel, Platon, Evklid və Ptolemey kimi qədim yunan və Roma filosoflarının və alimlərinin bir çox əsərlərini ərəb dilinə tərcümə edərək qoruyub saxladılar. Bu tərcümələr sonralar Avropada latın dilinə tərcümə edilərək, qədim bilikləri yenidən avropalı ziyalıların ixtiyarına verdi və İntibah dövrünün əsaslarından birinə çevrildi.

Müsəlman alimləri nəinki qədim biliyi qoruyub saxladılar, həm də onu əhəmiyyətli dərəcədə inkişaf etdirdilər, müxtəlif elmi fənlərə öz orijinal töhfələrini verdilər. Xüsusilə, riyaziyyat, astronomiya, tibb, kimya və optika elmlərində böyük uğurlar qazandılar. Bu nailiyyətlər Avropaya çatdırıldı və İntibah dövründə Avropa elminin inkişafına əhəmiyyətli təsir göstərdi.

Ərəb rəqəmlərinin tətbiqi və Əl-Xarəzmi kimi müsəlman riyaziyyatçıları tərəfindən cəbrin inkişafı riyaziyyatda inqilab etdi və Avropada gələcək elmi tərəqqinin əsasını qoydu. Müsəlman astronomlarının səma cisimlərinin müşahidəsi və astronomik alətlərin işlənib hazırlanmasında əldə etdiyi nailiyyətlər Avropa astronomiyasının inkişafında mühüm rol oynadı.

İslam incəsənəti və memarlığı, xüsusilə İspaniya (Əndəlüs) və Siciliyada dekorativ elementlər, ornament və memarlıq üslubları vasitəsilə Avropa İntibah sənətinə təsir göstərdi.

Maraqlıdır ki, bu zəngin biliklərin Avropaya keçidi planlı bir “bilik ixracı” ilə deyil, tarix boyu baş verən ticarət, müharibə və mədəni əlaqələr vasitəsilə gerçəkləşdi. Əndəlüs İslam İspaniyası bu keçid nöqtəsinin əsas arteriyası oldu. Kordova, Toledo və Qranada kimi şəhərlərdə ərəb dilindən latın dilinə aparılan tərcümə fəaliyyəti nəticəsində Avropa ilk dəfə Aristoteli İbn Rüşdün şərhləri ilə tanıdı. İbn Sinanın “Əl-Qanun fi-t-Tibb” əsəri əsrlərlə Avropa universitetlərində əsas tibbi dərslik kimi istifadə olundu.

Bəs bu təsir niyə tez-tez “unudulur”? Bu sualın cavab tarix yazanların seçimlərində gizlənir. Avropa öz intibahını xristian irsi və klassik antic dövr üzərində qurmağa çalışdı və İslam mədəniyyətinin bu inkişafda oynadığı rolu gizlətdi və ikinci dərəcəli hesab etdi. Halbuki elmin universal mahiyyəti fərqləri aşaraq, mədəniyyətlər arasında körpü salır. Müsəlman Şərqi bu körpülərdən ən mühümünü inşa etmişdi.

Əslində, intibah, sadəcə, yenidən doğuluş deyil, eyni zamanda, tanımaq, etiraf etmək və paylaşmaqdır. İslamın qızıl dövrünün alimləri – adları bəzən dəyişdirilmiş, bəzən unudulmuş bu müdriklər Avropa elminin və fəlsəfəsinin “səssiz müəllimləri” oldular. Məhz onların verdiyi işıqda Avropa öz yolunu daha aydın görə bildi.

Bu gün intibahı yalnız Florensiya ilə yox, həm də Bağdad və Qranada ilə birgə düşünmək, tarixin ədalətini bərpa etmək deməkdir. Müsəlman Şərqinin Avropa intibahına təsiri təkcə keçmişin deyil, gələcəyin də harmoniyasıdır. Ən əsası, tarix yalnız keçmişə baxış deyil, həm də gələcək üçün ədalətli yaddaş formalaşdırmaq vasitəsidir. Qərb bu faktı unutmamalıdır!

S.ELAY
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see199

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see177

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see165

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see158

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see151

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see144

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see144

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see139

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see132

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri