Icma.az
close
up
RU
İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək”

İnvestisiya Holdinqinin rəhbəri “Yeni stansiya tikiləcək” deyir, Metropoliten rəsmisi “Tikilməyəcək”

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan İnvestisiya Holdinqinin rəhbəri Ruslan Əlixanov Bakıda 10 yeni metrostansiya açılacağını, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov isə inşaasına başlanan yeni stansiyasının tikintisinin maliyyə çatışmamazlığı səbəbindən dayandırıldığını bildirir. Bildiyimiz kimi, Bakı metrosu İnvestisiya Holdinqin tərkibindədir. Məlumdur ki, biri deyir pul var, digəri deyir yoxdur. 

Sual yaranır: “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynov bütün bunların nəticəsi olaraq vəzifədən azad edildi?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, Bakı metrosunun keçmiş rəhbərinin konkret hansı səbəbdən vəzifəsindən azad edilməsi hələlik tam aydın deyil.

Fikrət Yusifov

Onun sözlərinə görə, sabiq sədr daha çox dəbdəbəli həyatı ilə gündəmdə olub:

“Lakin cəmiyyətdə hər kəsə məlum idi ki, metropolitenin keçmiş rəhbərinin özü və ailəsi çox dəbdəbəli bir həyat tərzi sürürdülər. Belə bir həyat tərzi yalnız korrupsiyaya uğramış, dövlət vəsaitini oğurlamaqla özünə və ailəsinə dəbdəbəli yaşam tərzi yaratmış məmurlara xas ola bilir. Düzdür, onlar bir qayda olaraq belə “var-dövləti” ağıllı biznes fəaliyyəti nəticəsində əldə etdiklərini deyirlər. Amma təcrübə göstərir ki, vəzifədən çıxarıldıqdan dərhal sonra onların “biznes fəaliyyəti” də sönür. Düşünürəm ki, belələri zaman-zaman “ələnərək” üzə çıxarılacaq və dövlət qarşısında əməllərinin cavabını verəcəklər”.

Sabiq nazir deyib ki, yeni metro stansiyalarının tikintisinə dair Azərbaycan İnvestisiya Holdinqi ilə onun tərkibində olan Bakı metrosunun arasındakı fikir ayrılığı idarəçilikdə yolverilməz bir haldır və ciddi paradoksdur:

“Deməli, strukturun fəaliyyətində əlaqələndirmə çox pis təşkil olunub. Əgər belə olmasaydı, yeni metro stansiyalarının tikintisi ilə bağlı bir holdinqin daxilində bu qədər ciddi fikir ayrılığı mövcud olmazdı”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri