“İnvestorlar üçün sabit və proqnozlaşdırılan mühit vacibdir” MİKAYIL CABBAROV
Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İnvestorların ölkəyə daxil olarkən mövcud olan şərtlərin gələcəkdə də qorunacağına əmin olması vacibdir.SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.O bildirib ki, siyasi və makroiqtisadi mühit investisiya qərarlarının formalaşmasında mühüm rol oynayır.“Biz qəti şəkildə hesab edirik ki, investorlar ölkəyə daxil olduqları zaman mövcud olan şərtlərin gələcəkdə də qorunacağına əmin olmalıdırlar”, - deyə Mikayıl Cabbarov qeyd edib.Nazirin sözlərinə görə, Azərbaycanın daxili siyasi sabitliyi, müsbət iqtisadi göstəriciləri, nisbətən aşağı dövlət borcu, əhəmiyyətli maliyyə ehtiyatları və proqnozlaşdırılan siyasət yürütməsi investorlar üçün möhkəm baza yaradır.Mikayıl Cabbarov vurğulayıb ki, etimadın formalaşması uzunmüddətli razılaşmaların icrası və yaradılan investisiya mühitinin davamlılığı ilə sıx bağlıdır.
Müəllif: Günay Hacıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 25 Sentyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















