“Əsrin müqaviləsi” güclü əməkdaşlıq modeli formalaşdırıb MİKAYIL CABBAROV
Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Əsrin müqaviləsi” Azərbaycanla dünyanın aparıcı enerji şirkətləri arasında əməkdaşlığın güclü modelini formalaşdırıb.
SİA xəbər verir ki, bunu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.
Nazir bildirib ki, 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə dünyanın aparıcı enerji şirkətlərinin konsorsiumu ilə imzalanan “Əsrin müqaviləsi” uzunmüddətli əməkdaşlığın əsasını qoyub.
Onun sözlərinə görə, Azərbaycan üç onillikdən artıq müddətdə tərəfdaşları ilə əməkdaşlıq edərək ölkənin sosial-iqtisadi inkişafına töhfə verib və regionda, eləcə də onun hüdudlarından kənarda bir sıra ölkələr üçün etibarlı enerji təchizatçısı kimi çıxış edib.
Mikayıl Cabbarov qeyd edib ki, hazırda Azərbaycan qazı 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə tədarük olunur.
Nazir bildirib ki, uzunmüddətli tərəfdaşlıqlar investisiya və təkrar investisiyaların artmasına şərait yaradır. Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti əldə etdikləri mənfəəti ölkəyə yenidən yatırır. Bu tendensiya ənənəvi enerji istehsalı ilə yanaşı, bərpa olunan enerji sahəsində də müşahidə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















