Icma.az
close
up
RU

İordaniya Haşimilər Krallığının şahzadəsi Tarix Muzeyinin qonağı olub AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 20 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri və Petra Milli Trestinin sədri xanım Dana Firas Milli Azərbaycan Tarixi Muzeyinin qonağı olub.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Direktor akademik Nailə Vəlixanlı xanım Firasa muzeyin tarixi binası və geniş kolleksiyası haqqında ətraflı məlumat verib. Nailə Vəlixanlı tarixi binanın Azərbaycanın memarlıq irsi baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Daha sonra xanım Firasa muzeyin ekspozisiyasında nümayiş olunan arxeoloji nümunələr, orta əsrlərə aid sənət əsərləri, etnoqrafik materiallar, milli geyimlər - Azərbaycan xalqının mədəniyyətini əks etdirən unikal eksponatlar haqqında ətraflı məlumat verilib.

Qonaq muzeyin zəngin eksponatları ilə tanışlıq zamanı Azərbaycanın mədəni irsinin çoxəsrlik tarixindən təsirləndiyini bildirib. O, eyni zamanda, Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən eksponatların peşəkarlıqla qorunmasını və təqdimatını yüksək qiymətləndirib. Xanım Firas muzeyin qonaq kitabına ürək sözlərini yazaraq dəyərli eksponatlar əsasında Azərbaycanın zəngin tarixi və mədəni irsinin dünyada daha geniş tanıdılmasının vacibliyini vurğulayıb.

Sonda akademik Nailə Vəlixanlı muzeyi ziyarət edən şahzadə Dana Firasa Azərbaycanın zəngin mədəni irsinin rəmzlərindən biri olan milli baş geyimi – kəlağayı təqdim edib. Hədiyyə qonaq tərəfindən böyük maraqla qarşılandı və Azərbaycan xalqının ənənəvi sənət nümunələrinə olan yüksək dəyərin təcəssümü kimi qiymətləndirildi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri