İordaniya İranın beş ballistik raketini məhv edib
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İordaniya Silahlı Qüvvələri İran tərəfindən krallıq ərazisinə doğru buraxılan növbəti raket hücumunun dəf edildiyini bildirib.
APA xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsi məlumat verib.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri çərşənbə günü səhər saatlarında İran tərəfindən ölkə ərazisinə istiqamətləndirilmiş beş ballistik raketi havada məhv edib.
“Əməliyyat təsdiq edilmiş döyüş qaydalarına uyğun həyata keçirilib”, – deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ-ın hərbi hava bazasına və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına ballistik raketlərlə zərbə endirdiyini açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 29 İyul 2026 10:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















