Icma.az
close
up
RU
iPhone 18 Pro Max ın FOTOSU Hansı yeniliklər var?

iPhone 18 Pro Max ın FOTOSU Hansı yeniliklər var?

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

İnternetdə iPhone 18 Pro və 18 Pro Max modellərinin detallı maketlərinin görüntüləri yayılıb.

"Ölkə.az" xəbər verir ki, yeni modellər ötənilki cihazlarla müqayisədə bir qədər böyüdülmüş kamera blokuna sahib olacaqlar.

Görüntüləri ilk olaraq "Max Tech" "YouTube" kanalının bloqeri Vadim Yuryev paylaşıb. O qeyd edib ki, bu maketlər tədarük zəncirindən alınan məlumatlar əsasında hazırlanıb və aksesuar istehsalçıları da gələcək "iPhone"lar üçün məhz bu ölçülərdən istifadə edəcəklər.

Yuryevin sözlərinə görə, yeni cihazlarda kameralar nəzərəçarpacaq dərəcədə qalınlaşıb, linzaların üzərindəki şüşə panel isə daha çox önə çıxır. Kamera modulu özü də "iPhone 17 Pro" və "17 Pro Max" ilə müqayisədə daha massiv görünür. Bununla belə, korpusun ümumi ölçüləri demək olar ki, dəyişməyib: qalınlıq eyni qalıb, hündürlük və en isə cüzi şəkildə — müvafiq olaraq 0,36 mm və 0,39 mm artıb.

Ölçmələr göstərir ki, "iPhone 18 Pro Max"ın kamera bloku ilə birlikdə ümumi qalınlığı əvvəlki modeldəki 11,23 mm-ə qarşı təxminən 11,54 mm, çıxıntılı linzalarla birlikdə isə 12,92 mm-ə qarşı 13,77 mm təşkil edir. Məlumatı sızdıran müəllif iddia edir ki, bu maketlər final dizaynı maksimum dəqiqliklə əks etdirir.

Bu dəyişikliklərin kameraların yenilənməsi ilə bağlı olduğu gözlənilir. Xüsusilə, əsas modul işıqlandırma və dərinlik üzərində daha çevik nəzarət üçün dəyişən diafraqma, teleobyektiv isə zəif işıqda daha yaxşı çəkiliş üçün genişləndirilmiş aperturaya sahib ola bilər. Həmçinin, Samsung tərəfindən hazırlanan və çəkiliş sürətini artıran, küyü azaldan yeni üçqat təbəqəli təsvir sensorundan istifadə ediləcəyi bildirilir.

Yeni xəttin rəsmi təqdimatı sentyabr ayında, "Apple"ın ilk qatlanan "iPhone" modeli ilə eyni vaxtda gözlənilir.(Publika.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Aprel 2026 22:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see326

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see317

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see309

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see307

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see301

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see268

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see266

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see247

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see243

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see240

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see233

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see232

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see230

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see210

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see209

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see204

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see182

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri