Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

İsfəndiyar tələbələrə nə öyrədir? AzMİU dan “malalama”

İsfəndiyar tələbələrə nə öyrədir? AzMİU dan “malalama”

Icma.az bildirir, Bakupost portalına istinadən.


“Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı, “Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüşməsinə ictimai reaksiya xeyli başadüşüləndir. Əksəriyyət İsfəndiyar Axundovun tələbələrə nə öyrətdiyi və yaxud nə öyrədə biləcəyi ilə maraqlanır.

Çünki bu tikinti maqnatı adını belə yaza bilməyən, hərfləri tanımayan savadsız olduğunu hələ ötən il ictimai şəkildə elan etmişdi. İntellekti, savadı ilə deyil, “vəhşi kapitalizm”in nəticəsində “cənnətə düşən” İsfəndiyar Axundov gənclər, xüsusilə tələbələr üçün olduqca pis nümunədir - həm iş karyerası, həm də şəxsi həyatı baxımından. Onun iş karyerası oğurluq, talan üzərində qurulub: əvvəlcə heyvan oğurluğu, sonra isə Ermənistana gedən qatarların talanması... Öz etirafına görə, birdəfəyə 30 vaqon mal oğurlayıb.

Adam bu cür sərvət qazanıb, daha sonra isə yığdıqlarını tikinti biznesinə yatırıb, özü deyir ki, “alimləri əlinin altında işlədən çoban”dır.

Şəxsi həyatı ilə bağlı “təcrübəsi” də budur: restoranda “iki kişi, iki qadın” yeyib-içərkən başqa masada oturan ailə görür, o ailədə bir xanımı bəyənir, dərhal ailəyə müdaxilə edir və onların istirahətini zəhərə döndərir, nəhayətdə həmin xanımı özünə ikinci arvad edir...

“Şərur” MTK hansı uğurunu, arxitektur-memarlıq və yaxud şəhərsalma sahəsində təcrübəsini Memarlıq və İnşaat Universitetinin tələbələrinə öyrədə bilər? Kiçik torpaq sahəsində bir-birinin içində, nəfəs almağa həyəti, maşın saxlamağa qarajı olmayan, kanalizasiya xəttini yükləyən göydələnlər ucaltmaqla Bakının şəhərsalma mədəniyyətinin anasını necə ağlatmasınımı gənclərə izah edəcək?

“Şərur” MTK bütün sərvətini Azərbaycanda və azərbaycanlılardan qazanıb. Bu şirkətin, məsələn, çox yaxşı oxuyan tələbələrin xaricdə təhsil haqqını ödədiyi, tələbə təqaüdü təsis etdiyi, Azərbaycanı təbliğ edən bir filmə sponsorluq etdiyi, Azərbaycan tarixi üçün mühüm araşdırmanı maliyələşdirdiyi, Azərbaycana aid qədim əlyazmanın ölkəmizə alınıb gətirilməsində rol oynadığı və s. aksiyalar keçirdiyini eşidən olub?

Amma var-dövlətini Rusiyada qazanan və hazırda Bakı türməsində olan separatçı Ruben Vardanyanın olmayan erməni irsinin təbliği üçün milyardlarla vəsait xərclədiyi hər kəs eşidib-bilir. Vardanyan Bakı türməsindədir, ancaq təsis etdiyi fond hələ də ermənilər üçün milli layihələrə onmilyonlarla dollar ayırmaqdadır.

Əlavə edək ki, Vardanyan orta məktəbi qızılla, Moskvada universiteti fərqlənmə ilə - qırmızı diplomla bitirib.

Niyə erməni tələbə üçün nümunə Vardanyan, azərbaycanlı uşaqlar üçün Şərurlu İsfəndiyar olmalıdır?

AzMİU açıqlama verir ki:

- görüş tələbələrin təşəbbüsü ilə, dərsdənkənar vaxtda keçirilib, görüşün təşəbbüskarı qrupdakı tələbələrdən biri olub;

- mediada yayılan məlumatlardan sonra daxili araşdırma aparılıb. Müəyyən edilib ki, görüş universitetin ərazisində, auditoriyalarında və ya akt zallarında keçirilməyib;

- İsfəndiyar Axundovun tikinti şirkətinin rəhbəri olduğu əsas gətirilərək, tələbələrin onunla görüşmək istəyi başadüşüləndir.

AzMİU bəzi məsələləri “unudub”: İsfəndiyar Axundovla görüşdə yalnız tələbələr yox, həm də Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrasının müdiri, professor Zakir Musayev, dosent Mansur Zərbəliyev və assistent Rahilə Mehtiyeva iştirak ediblər.

Hər şeyi tələbələrin üstünə atmaq asandır. Ancaq AzMİU müəllimlərinin orda peyda olmasına nə deyir?

Digər tərəfdən, görüşlə bağlı məlumat saat 14:00 radələrində yayılıb, bu isə görüşün dərs saatına təsadüf etməsi ehtimalını artırır. Müəllimlərin iştirakı və dərs saatında görüşün keçirilməsi isə “dərsdən sonra özfəaliyyət” yox, planlaşdırılmış “tədris görüşü” ehtimalı yaradır.

Və nəhayət, AzMİU-nun tələbələrinin İsfəndiyar Axundovla görüş istəyini “başadüşülən” adlandırmasının özü başadüşülməzdir.

Deyəsən, AzMİU-ya hələ də aydın deyil ki, ictimaiyyət gələcək memar və inşaatçıların peşəkarla görüşməsini arzulayır, savadsız, hərf tanımayan, gəncliyində oğurluqla məşğul olan şəxslə yox.

Şeyx Teymur


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2026 22:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri