Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyən edilməsi nəzərdə tutulur.
Gununesi.info xəbər verir ki, bu barədə noyabrın 13-də maliyyə naziri Sahil Babayevin sədrliyi ilə keçirilən Maliyyə Nazirliyinin Kollegiya iclasında bildirilib.
İclasda dövlət müəssisələrinin maliyyə hesabatlılığının beynəlxalq standartlara uyğunlaşdırılması, borcalma siyasətinin təkmilləşdirilməsi və hesabatların təqdim edilməsi mexanizmlərinin optimallaşdırılması məsələləri müzakirə olunub.
Bildirilib ki, yeni yanaşmaya əsasən, dövlət müəssisələrinin borclanması üzrə ortamüddətli dövr üçün ümumi borc limitinin müəyyənləşdirilməsi planlaşdırılır.
Eyni zamanda, növbəti ildən büdcənin tərtibi, icrası və hesabatlılığı üzrə yeni skorinq metodologiyasının tətbiqi nəzərdə tutulur.
Maliyyə naziri müvafiq sənədlərin hazırlanması və yeni mexanizmlərin tətbiqi ilə bağlı tapşırıqlar verib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 13 Noyabr 2026 22:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















