Icma.az
close
up
RU
İpoteka kreditindən yüksək gəlirli şəxslər yararlanır Ekspert

İpoteka kreditindən yüksək gəlirli şəxslər yararlanır Ekspert

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Son illərdə daşınmaz əmlakın bahalaşması nəticəsində vətəndaşların topladığı kapital onların mənzil ala bilməsinə kifayət etmir. Qiymətlərin bazarda orta hesabla illik 12–15% artması ipoteka ilə mənzil əldə etməyi həm sərfəli, həm də investisiya baxımından daha cəlbedici edib. Bu səbəbdən də ipoteka müraciətlərinin sayı son illərdə əhəmiyyətli dərəcədə artıb və bu tendensiyanın davam edəcəyi gözlənilir”.

Bunu Sfera.az saytına açıqlamasında daşınmaz əmlak eksperti Elnur Azadov bildirib. 


Ekspert ipoteka ilə alınan mənzillərin orta hesabla 15 il ərzində təkrar bazara çıxmadığından, bazarda bu seqmentə aid mənzillərin sayının azaldığını dedi. 

E.Azadov ipoteka kreditlərindən əsasən yüksək gəlirli insanların istifadə etdiyini də vurğuladı:

"Niyə bəzi vətəndaşlara 150 min manat kredit ayrılır? Maddi imkanı yüksək olan şəxslər bu vəsaitdən tam şəkildə yararlanır, imkanı məhdud olanlar isə cəmi 10–50 min manatlıq kredit əldə edə bilirlər. Beləliklə, imkanlı şəxslər üç dəfə artıq dəstək alır, halbuki əslində daha çox ehtiyacı olanlara daha böyük dəstək göstərilməlidir.
Əgər İpoteka Fondu ildə, məsələn, 300 mənzili yüksək məbləğlərlə maliyyələşdirmək əvəzinə, daha aşağı kreditlərlə daha çox mənzili dəstəkləsəydi, iki-üç dəfə artıq vətəndaş ipoteka sistemindən yararlana bilərdi. Bu da daha çox Azərbaycan vətəndaşının mənzil sahibi olmasına şərait yaradardı. Hələlik bu istiqamətdə hansı addımların atılacağı məlum deyil”.

Fidan Hacızadə
Sfera.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://sfera.az
archiveBu xəbər 29 İyul 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri