Icma.az
close
up
RU
İpoteka limitləri ayrıldı Mənzillər bahalaşacaq

İpoteka limitləri ayrıldı Mənzillər bahalaşacaq

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun 2026-cı il üçün ipoteka kreditləşməsini davam etdirməsi bazarda yenidən hərəkətlilik yaradıb. Müvəkkil banklara, o cümlədən güzəştli ipoteka kreditləri üzrə limitlərin ayrılması mənzil almaq istəyənlər üçün imkan kimi təqdim olunur. Lakin illərdir müşahidə edilən bir tendensiya yenə gündəmə gəlir. Limitlər açılan kimi bəzi ərazilərdə mənzil qiymətləri süni şəkildə yüksəlir.
Məsələ ilə bağlı Demokrat.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu məsələdə “süni qiymət artımı” ifadəsini işlətmək tam dəqiq yanaşma deyil:
"Mənzil bazarında qiymətlər inzibati qaydada müəyyən edilmir, əsasən tələb və təklif mexanizmi ilə formalaşır. Əgər müəyyən ərazilərdə alıcı sayı artırsa və həmin mənzillərə maraq yüksəlirsə, satıcılar da bazar şərtlərini nəzərə alaraq qiymətləri uyğunlaşdırırlar. Bu proses birbaşa hansısa qurumun qiyməti artırması ilə bağlı deyil.
İpoteka limitlərinin ayrılması bazara əlavə maliyyə axını və alıcılıq qabiliyyəti gətirir. Kredit imkanları genişləndikcə mənzil almaq istəyənlərin sayı artır. Xüsusilə güzəştli ipoteka şərtləri olan zaman daha çox insan ev sahibi olmaq üçün müraciət edir. Bu da təbii olaraq tələbin yüksəlməsinə səbəb olur. Təklif isə eyni tempdə artmırsa, qiymətlərdə yüksəliş müşahidə olunur".
Ekspert deyib ki, əsas amillərdən biri mənzil tikintisinin həcmi və bazarda real təklifin səviyyəsidir:
"Mənzil sayı kifayət qədər deyilsə, alternativ seçimlər az olur və bu da qiymətlərə təsir göstərir. Əgər daha çox mənzil bazara çıxarılsa, tikinti və satış həcmi artsa, qiymət artımı daha sabit ola bilər. Buna görə də məsələni yalnız “süni artım” kimi qiymətləndirmək düzgün deyil, daha çox struktur və bazar faktorları ilə izah etmək mümkündür".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2026 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri