İpoteka ödəyən şəxs öləndə ev kimə qalır? MÜHÜM AÇIQLAMA
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İpoteka krediti ödəyən şəxsin vəfat etməsi ailə üçün yalnız mənəvi deyil, həm də ciddi hüquqi və maliyyə sualları yaradır. Belə hallarda əsas məsələlərdən biri ipoteka ilə alınmış mənzilin taleyi və mərhumun kredit borcunun varislərə keçib-keçməməsidir.
Bəs borcalan öldükdə ipoteka krediti silinirmi, yoxsa borc və mənzil birlikdə vərəsələrə keçir?
Hüquqşünas Elşad İsayev bu barədə Bakıvaxtı.az-a danışarkən bildirib ki, borcalanın vəfat etməsi ipoteka kreditinin avtomatik olaraq silinməsi demək deyil.
“Ümumi qayda belədir: borcalan vəfat etdikdə ipoteka krediti avtomatik silinmir. Mirasın tərkibinə həm əmlak, həm də müəyyən öhdəliklər daxil olur. İpoteka isə əmlak üzərində yüklülük kimi davam edə bilər”, – deyə hüquqşünas bildirib.

Elşad İsayev, hüquqşünas
Onun sözlərinə görə, vərəsə mirası qəbul etdikdə miras qoyanın borc öhdəlikləri də nəzərə alınır. Bu baxımdan “ev mənə keçdi, amma kredit borcu keçmədi” prinsipi ümumi qayda hesab olunmur.
Elşad İsayev qeyd edib ki, ipoteka ayrıca təminat vasitəsidir. Kredit borcu ödənilmədikdə bank ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tutma yönəldilməsini tələb edə bilər. Hüquqşünas bunun Mülki Məcəllənin 317-ci maddəsində nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Günəş Mərd
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Sentyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















