Icma.az
close
up
RU
İpoteka və Kredit Zəmanət Fondunun sistemi çöküb?

İpoteka və Kredit Zəmanət Fondunun sistemi çöküb?

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

“Bu gün saat 10-da adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start verilməliydi. Yəni İpoteka və Kredit Zəmanət Fondu məhz bu saatda ipoteka kreditləşməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin verilməsi üçün limitlərə müraciətləri qəbul etməliydi. “Verilməliydi” , “etməliydi” sözünü ona görə qeyd edirəm ki, iştirakçıların xeyli hissəsi prosesin baş tutmadığını bildirirlər. Müzakirələr, şikayətlər hələ də davam edir. Bununla bağlı rəsmi resursun saat 10-da edilən müraciətlərə cavab vermədiyi, seçimin mümkün olmadığı, ümumiyyətlə, müraciətin mümkün olmadığı və sistemin çökdüyü bildirilir. Sonradan daxil olduqda isə limitlərin bitdiyi qeyd edilib.”

Gununsesi.info bildirir ki, bunu ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

“Müraciətlər “Elektron ipoteka və kredit zəmanət “sistemi üzərindən SİMA Token və ya Asan İmza vasitəsilə həyata keçirilir. İstifadəçilər İpoteka və Kredit Zəmanət Fondunun sosial hesablarında bununla bağlı müzakirələrdəki rəylərinin silinməsindən də şikayətlənirlər. Baş verənlər, əlbəttə, təəssüf doğurur. Dövlət xidmətlərinin reallaşmasında texnologiyaların tətbiqi insan amilinin minimuma endirilməsi şəffaflıq baxımından effektiv olsa da, bütün bunlar sonda vətəndaş məmnunluğuna gətirib çıxarmalıdır. Əgər bu baş vermirsə, onda demək hardasa səhvlərə, qüsurlara yol verilib . Düşünürəm ki, Fond baş verənlərlə bağlı ağlabatan açıqlama verməlidir. Problemin haradan qaynaqlandığına(sistemin özü ilə bağlı, daxil olmaqla bağlı, bankların seçimi ilə bağlı və s) insan amili ilə bağlı sui-istifadə risklərinə, kiber hücumla bağlı məsələlərə aydınlıq gətirməlidir. Şəffaflıq , ictimai nəzarət üçün imkanlar yaradılmalıdır. Aidiyyatı dövlət qurumları və müstəqil ekspertlərinin prosesin gedişində iştirakı təmin edilməlidir. Daxil olan müraciətlərin emal olunması ilə bağlı statistikanı açıqlamaq faydalı olardı. Uğurlu olan ilk və son müraciətlərlə bağlı məlumatlar ağlabatan formada açıqlanmalıdır. Sabah saat 20-da güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna start veriləcək. Ümid edirəm Fond prosesin gedişinə şəffaf nəzarət imkanlarını gücləndirəcək və müraciətlərin problemsiz qəbulunu reallaşdıra biləcək.”,- deyə Osman Gündüz bildirib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Fevral 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri