Icma.az
close
up
RU
İqdırda iftar mərasimi təşkil edilib

İqdırda iftar mərasimi təşkil edilib

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Martın 11-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu və İğdır valiliyinin birgə təşkilatçılığı ilə iftar mərasimi təşkil edilib.
Newscenter.az xəbər verir ki, mərasimdə Azərbaycan və Türkiyənin müvafiq qurumlarının rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin millət vəkilləri, Qeyri Hökumət Təşkilatlarının (dərnəklər) üzvləri, İğdır Universitetinin rəhbərliyi, diplomatik missiyaların nümayəndələri, yerli din xadimləri və icma üzvləri iştirak ediblər.
Mərasimdən əvvəl Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunub.
Türkiyə Böyük Millət Məclisinin millət vəkili Cantürk Alagöz iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə yüksək səviyyədə olan əlaqələrlə yanaşı, milli-mənəvi dəyərlərin qorunması və doğru təbliği istiqamətində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. C.Alagöz qardaşlıq münasibətlərinin hər zaman davam edəcəyini söyləyərək, iftar süfrəsinin təşkilatçılarına təşəkkür edib.

İftar mərasimində çıxış edən İğdır valisi Ercan Turan bildirib ki, dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı hər ötən gün daha da güclənir. Həmrəylik, dostluq və xeyirxahlıq baxımından bu kimi təşəbbüslərin əhəmiyyətini vurğulayan vali iftarın İğdırda həyata keçirilməsindən məmnunluğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müqəddəs Ramazan ayının bütün İslam dünyası üçün əhəmiyyətinə diqqət çəkərək, xalqlarımız arasında tarixboyu formalaşmış, Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" çağırışlarını özündə ehtiva edən dostluq münasibətlərindən danışıb. İftar mərasimində dostcasına, qarşılıqlı hörmət və rəğbət əsasında toplaşmağın ölkələrimiz və xalqlarımız arasında sarsılmaz qardaşlıq tellərinin bariz nümunəsi olduğunu deyib.
Qeyd edib ki, bu gün dünyanın çalxalandığı, savaşların, münaqişələrin artdığı bir zamanda İslam aləmində həmrəyliyə, birliyə, qarşılıqlı anlaşmaya daha çox ehtiyac var. Uzun illər azərbaycanlıların müqəddəs dini bayramlarını, o cümlədən Ramazanı müharibə şəraitində, milyondan artıq qaçqın və məcburi köçkünün yaşadığı məşəqqətlərlə qeyd etdiyini, 30 il davam edən erməni işğalı nəticəsində məscidlərimiz və ziyarətgahlarımızın dağıntılara məruz qaldığını bildirib.
Komitə sədri 5 il öncə Azərbaycan xalqının qazandığı Zəfərin həm də işğal altındakı məscidlərimizə azadlıq bəxş etdiyini, Qarabağ və Şərqi Zəngəzurdakı məscidlərdən yenidən azan sədalarının yüksəldiyini vurğulayıb.
Türkiyə Respublikası Diyanət İşləri başqanı Ali Erbaş təşkil edilmiş iftar mərasimini yüksək qiymətləndirərək, bu müqqədəs ayda bir araya toplanıb səmimi söhbətin aparılmasının əhəmiyyətli olduğunu vurğulayıb. Ramazan ayı münasibətilə bütün müsəlman aləminə sülh, əmin-amanlıq və tərəqqi arzu edərək, ibadətlərin qəbul olmasını diləyib.
Ali Erbaş Ramazan duaları etdikdən sonra iştirakçılar üçün iftar süfrəsi açılıb.
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:210
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 12 Mart 2025 11:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see354

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see318

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see290

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see286

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see274

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see273

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see269

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see269

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see260

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see250

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see246

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see243

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see242

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see236

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see232

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see221

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see216

Baş ağrısını azaltmağa kömək edən MEYVƏLƏR Mütəxəssislərin tövsiyəsi

22 Noyabr 2026 23:58see216

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see205

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri