İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Pekin, 14 noyabr, AZƏRTAC
Tədqiqatçılar İndoneziyada baş verən son şiddətli meşə yanğınlarına iqlim dəyişikliyinin səbəb olduğunu bildirirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə “World Weather Attribution” iqlim elmi sahəsində fəaliyyət göstərən beynəlxalq elmi-tədqiqat qrupunun hesabatında qeyd olunub. Hesabatda deyilir ki, İndoneziya, ABŞ və Avropanın 3 ölkəsindən olan alimlər insan fəaliyyətindən qaynaqlanan iqlim dəyişikliyinin yanğın mövsümündə İndoneziyada havanın temperaturunun 1,6 dərəcə Selsi artmasına səbəb olduğunu aşkar ediblər. İqlim dəyişikliyindən başqa, bu il baş verən El-Nino iqlim hadisəsi də İndoneziyada yağışları azaldıb və havanı olduqca quru edib.
Hesabatda yanğınların yaratdığı sağlamlıq riskləri və onların təbii mühitə təsiri ilə bağlı məsələlər qaldırılır. Güclü tüstü ciddi hava çirkliliyinə olub və yüz minlərlə insanda tənəffüs yolu infeksiyasına səbəb olub. Nəsli kəsilməkdə olan oranqutanların yaşayış yerləri də zərər görüb.
Tədqiqatçıların rəyinə görə, meşə yanğınlarını tətikləyən şərtləri getdikcə daha çox proqnozlaşdırmaq olur. Bu da risklərin azaldılması üçün qabaqlayıcı tədbirlərə fürsət yaradır.
Qeyd edək ki, bu il İndoneziyada baş verən meşə yanğınları son illərin ən ciddi ekoloji böhranlarından birinə çevrilib. Təxminən 2,88 milyon hektar ərazi yanğınlardan zərər görüb. Yanğınların tüstüsü Malayziya və Sinqapur da daxil olmaqla Cənub-Şərqi Asiya ölkələrinə təsir göstərib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 14 Noyabr 2026 11:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















