Icma.az
close
up
RU
İqlim dəyişikliyi, yoxsa yaşıl aldanma ... Hətta sivilizasiya olmayanda da, orta temperaturlar normadan çox olub

İqlim dəyişikliyi, yoxsa yaşıl aldanma ... Hətta sivilizasiya olmayanda da, orta temperaturlar normadan çox olub

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp BMT-nin tribunasında deyib ki, iqlim dəyişməsi haqda deyilənlər böyük fırıldaqdır: "Heç bir qlobal istiləşmə və ya qlobal soyuqlaşma yoxdur. Bu haqda bütün proqnozlar səhvdir. Əgər siz “yaşıl həriflənməyə” etiraz etməsəniz, ölkəniz uğursuzluğa məhkum olacaq".

Bizimyol.info xəbər portalına danışan AMEA Coğrafiya İnstitunun əməkdaşı, elmlər doktoru, professor Rza Mahmudov bildirib ki, bu gün planetimizin hər bir sakini iqlim dəyişimlərinin şahidi olur: “Belə fikirlər absurd fikirlərdir. Xatırladım ki, Amerika Birləşmiş Ştatlarının keçmiş dövlət katibi Albert Qorun rəhbərliyi ilə Ümumdünya Meteorologiya Təşkilatının Beynəlxalq ekspert qrupu yaradılmışdır. Həmin ekspert qrupunun dünya alimləri və iqlimşünasları da ora daxil olmaqla, hazırladığı hesabat iqlim dəyişmələri ilə bağlı 1997-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Yəni Albert Qor da siyasi xadim idi. Ancaq Amerika vətəndaşı kimi, eyni zamanda dünya alimlərinin tədqiqatına əsasən planetimizdə iqlim dəyişmələrinin baş verməsi artıq təsdiq olunmuşdur. Bunun üçün həmişə demişəm ki, tədqiqatçı və ya siyasətçi olmağa ehtiyac yoxdur. Planetimizdə iqlim dəyişmələri keçən əsrin 80-90-cı illərində ancaq dünya alimlərinə bəlli idisə, bu gün də planetimizin hər bir sakini iqlim dəyişimlərinin şahidi olur. Bu, təkzibolunmaz faktdır. Ancaq ABŞ-nin prezidenti Tramp belə bir fikir söyləyibsə, təbii ki, bir siyasətçi kimi öz fikrini bildirib. Hər halda tədqiqatçı deyil”.

Rza Mahmudov

Professor qeyd edib ki, iqlim dəyişmələrini təbii amillərlə yanaşı, antropogen amillər onu bir az da sürətləndirir: “Yer kürəsində iqlim dəyişməsi öz reallığı ilə mövcuddur. Bu barədə çoxsaylı tədbirlərdə və aparılan müşahidələrdə istər peyk məlumatları, istər ənənəvi məlumatlar, yer kürəsində orta çoxillik temperaturların artmasını çoxillik normaya nisbətən 1,1;1,3 dərəcə həddində artmasını təsdiqləyir. İqlim dəyişmələri həmişə olubdur. Bugünkü mövcud reallıq yox, biz tarixə də baxsaq, görərik ki, iqlim dəyişmələri zaman-zaman yerin tarixində olub. Hətta sivilizasiya olmayanda da, orta temperaturlar normadan çox olub. Atmosferdə parnik effekti yaradan karbon, (CO2) metan (CH4) qazların miqdarı indikindən dəfələrlə çox olub. Yəni bunun üçün çoxlu təsdiqedici faktlar da, tədqiqatlar da var. Bu gün də iqlim dəyişmələrini təbii amillərlə yanaşı, antropogen amillər onu bir az da sürətləndirir. İnsanların ətraf mühitə, xüsusən yer atmosferinə təsiri çoxsaylı burda səbəblər var. Bunlar Yer planetində, Yerin iqlimində, orta çoxillik temperaturun artmasına səbəb olur. Yerin tarixində istiləşmə dövrlər olub, bir-birini əvəz edib. Hər bir istiləşmə dövründən sonra soyuqlaşma dövrü olub. Bu gün də biz bu qlobal iqlim dəyişmələrinin bu dövrünü də yaşayırıq. Artıq bununla bağlı keçirilən tədbirlər iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşmağa yönəlmişdir. Onun elmi cəhətdən bu gün sübuta da ehtiyaca yoxdur. Bu, təsdiq olunub.

Azərbaycanda regional iqlim dəyişmələri ilə bağlı məqaləm 1998-ci ildə ci ildə çıxmışdır. O dövrdən də bu günə kimi, hətta Azərbaycan miqyasında faktiki məlumatlara, təhlillərə görə, apardığımız elmi tədqiqatlar Azərbaycanda orta çoxillik temperaturların çoxillik normaya nisbətən 1,1 dərəcə altında göstərir. Bu da faktdır. Bu fakta kim necə münasibət bildirir, hərənin öz şəxsi işidir. Mən öz fikrimi, eyni zamanda dünya alimlərinin fikrini əsas tutaraq bildirirəm ki, Yer planetində iqlim dəyişmələri qlobal miqyasda və regional aspektdə davam edir”.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:29
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see433

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see215

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see205

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see179

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see168

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see166

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see164

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see160

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see158

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see155

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see150

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see150

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see148

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see146

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see142

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see136

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see135

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri