İqlim Həftəsində nələr ön plana çıxdı? Bakıda bütün dünyanı düşündürən müzakirə
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Baku TV-nin "COP BAKU" verilişinin yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda sentyabrın 29-dan oktyabrın 3-dək Bakıda keçirilən İqlim Fəaliyyəti Həftəsinin önəmi və nəticələri barədə danışılıb.
Bildirilib ki, ikinci Bakı İqlim Fəaliyyəti Həftəsi 8-dən çox məkanda təşkil olunan 46 tədbir və sessiya, 30-dan çox mövzunu əhatə edib.
"25 ölkədən olan hökumət nümayəndələri, parlament üzvləri, alimlər, biznes və qadın liderlər, gənc iqlim fəalları və çoxtərəfli təşkilatların təmsilçiləri iştirak etdilər. Bakı İqlim Fəaliyyəti Həftəsi 2025-in mesajı isə aydın və konkretdir: iqlim fəaliyyəti qlobal, inklüziv və təxirəsalınmaz olmalıdır", - deyə əlavə edilib.
Həmçinin qeyd edilib ki, COP30-un Braziliyada keçiriləcək əsas toplantıdan öncə baş tutan iqlim həftələri dünya ölkələrini addım-addım bu tədbir üçün hazırlayır.
Vurğulanıb ki, bu il sentyabrın 21-28-i tarixlərində Nyu-Yorkda baş tutan iqlim həftəsinin ardınca növbəti tədbirin Bakıda keçirilməsi Azərbaycanın bu sahədə oynadığı önəmli rola bir işarədir.
Daha ətraflı Baku TV-nin videomaterialında:
İqlim Həftəsində nələr ön plana çıxdı? - Bakıda bütün dünyanı düşündürən müzakirə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 10 Oktyabr 2025 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















