“İqlim maliyyəsinə ehtiyac siyasi dəyişiklikdən asılı deyil”
Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu il dünyada seçki ili olaraq xarakterizə olunur, 60-dan çox ölkədə seçkilər keçirildi. Bir çox ölkədə siyasi mənzərəni dəyişəcək nəticələr əldə olundu. Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və s. Digər heç bir seçkinin nəticələri prosesə təsir etmir”.
Bunu “Qafqazinfo”ya açıqlamasında COP29-un baş danışıqçısı Yalçın Rəfiyev ABŞ-də seçkinin nəticələrini, yeni prezident Donald Trampın Paris iqlim sazişindən yenidən çıxma ehtimalını şərh edərkən bildirib.
Baş danışıqçı qeyd edib ki, çox sayda insanı bir araya gətirən platforma hansısa dövlətin siyasətindən asılı deyil:
“Kimin seçilməsindən asılı olmayaraq, iqlim dəyişir. İqlim maliyyəsinə ehtiyac hansısa siyasi dəyişiklikdən asılı olmayaraq həmişə olacaq.
Bu baxımdan biz bu məsələyə konkret dövlətin və ya siyasi hakimiyyətin münasibəti nöqteyi-nəzərindən yox, ehtiyaclar və ehtiyacları qarşılamaq üçün olan siyasi qətiyyət nöqteyi-nəzərindən baxırıq”.
Günel İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 13 Noyabr 2024 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















