Icma.az
close
up
RU
“İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyasının yaradılması haqqında Niyyət Məktubu imzalanıb AZƏRTAC

“İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyasının yaradılması haqqında Niyyət Məktubu imzalanıb AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 18 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim və sağlamlıq mövzusunda yüksək səviyyəli dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir zamanı “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası"nın yaradılması haqqında Niyyət Məktubu imzalanıb. Koalisiyanın tərkibinə Azərbaycan, Böyük Britaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Braziliya daxil olub.

Tədbirdə çıxış edən Azərbaycanın səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiqdir: “İqlim dəyişikliyinin sağlamlığa təsiri artıq bütün dünyada hiss olunur. Bu təsirlər təkcə insanların rifahını deyil, həm də xüsusilə aşağı və orta gəlirli ölkələrdə səhiyyə sistemlərinin davamlılığını təhdid edir”.

Nazirin sözlərinə görə, koalisiya beynəlxalq əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir: “Bu gün biz bu çağırışlarla mübarizə aparmaq naminə kollektiv öhdəliyimizdə irəliyə doğru mühüm addım atırıq. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə biz iqlim dəyişikliyi və sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyə sadiqik”.

T.Musayev çıxışında əvvəlki COP-lar çərçivəsində nəzərəçarpacaq nəticələrin əldə edildiyini vurğulayıb: “COP26-da İqlim və Sağlamlığın qorunması naminə Transformasiya Alyansının (ATACH) yaradılması, COP27-də İqlim Fəaliyyəti və Qidalanma Təşəbbüsü (I-CAN), eləcə də Sağlamlıq üçün İqlim və Sağlamlığın Maliyyələşdirilməsi üzrə COP28-in Rəhbər prinsipləri kimi əvvəlki təşəbbüslər mühüm və möhkəm təməl qoyub. Bununla belə, biz əldə edilən nailiyyətlərlə kifayətlənməməliyik”.

Nazir yeni koalisiyanın bu səyləri gücləndirmək, onların təsirini artırmaq, hökumətlər, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti, akademik və özəl sektordan maraqlı tərəfləri bir araya gətirmək üçün müvafiq platformanın yaradılması zərurətini bildirib: “Bu koalisiya sadəcə dialoq naminə yaradılmayıb. Niyyət Məktubunu imzalamaqla, biz planetimizin iqlim və sağlamlıq siyasətlərinin təcrid olunmadığı, eyni zamanda idarəetmə və inkişafın bütün aspektlərinə inteqrasiya olunduğu bir ortaq baxışa sadiqik. Biz, iqlim dəyişikliyinin bütün dünyada sağlamlığa necə təsir etdiyini görürük. Tənəffüs xəstəliklərini kəskinləşdirən temperaturun yüksəlməsindən daha tez-tez baş verən ekstremal hava hadisələrinə qədər insanların sağlamlığı təhlükə altındadır. Bununla belə, transformasiya üçün də fürsət görürük. Həm sağlamlıq, həm də iqlim fəaliyyətinə üstünlük verməklə, biz insanların həyatını qoruya, daha güclü səhiyyə sistemləri qura və davamlı inkişafa töhfə verə bilərik”, - deyə Azərbaycanın səhiyyə naziri əlavə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see447

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see280

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see211

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see207

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see190

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see183

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see179

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see177

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see160

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see159

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see157

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see154

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see150

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see149

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see144

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see141

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see139

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see135

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri