İqtisadçı ekspert: Dövlət maliyyə vəsaitlərinin hərəkəti real vaxt rejimində izləniləcək
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 2 fevral, AZƏRTAC
“Rəqəmsal Dövlət Maliyyəsi” İnformasiya Sisteminin yaradılması ölkə iqtisadiyyatının dayanıqlı və effektiv inkişafı baxımından mühüm institusional və texnoloji istiqamətlərdən biri kimi çıxış edir.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Aslan Əzimzadə söyləyib.
Onun sözlərinə görə, bu sistem dövlət maliyyəsinin idarə olunması prosesində şəffaflığın artırılmasını, resurslardan istifadənin səmərəliliyinin yüksəldilməsini və maliyyə nəzarətinin rəqəmsal əsaslar üzərində formalaşdırılmasını təmin edən bir sıra funksional altsistemləri özündə birləşdirir: “Bu altsistemlər vasitəsilə dövlət maliyyə vəsaitlərinin hərəkətinin real vaxt rejimində izlənilməsi, risklərin vaxtında identifikasiyası, həmçinin maliyyə intizamının gücləndirilməsi mümkün olacaq. Məlum olduğu kimi, iqtisadi inkişafın əsas məqamlarından biri kapitalın səmərəlilik səviyyəsinin yüksəldilməsidir. Bu kontekstdə dövlət büdcəsi vəsaiti hesabına ayrılan kreditlərin və maliyyə resurslarının xərclənməsinə effektiv nəzarət mexanizmlərinin formalaşdırılması həmin vəsaitlərin təyinatı üzrə istifadəsini təmin etməklə yanaşı, hesabatlılığın və institusional şəffaflığın daha da dərinləşməsinə şərait yaradacaq.
Digər tərəfdən, bu sistem fiziki və hüquqi şəxslərlə qarşılıqlı münasibətlərin operativliyinin artırılmasını, inzibati prosedurların sadələşdirilməsini və proseslərin optimallaşdırılmasını təmin edəcək. Bütün maliyyə əməliyyatlarının vahid informasiya platforması üzərindən həyata keçirilməsi dövlət-vətəndaş-biznes münasibətlərində çevikliyi artırmaqla yanaşı, vaxt və resurs itkilərinin minimuma endirilməsinə, eləcə də qərar qəbuletmə proseslərinin daha əsaslandırılmış və analitik yanaşma üzərində qurulmasına imkan verəcək”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2026-cı yanvarın 26-da imzaladığı Fərman ilə “Rəqəmsal Dövlət Maliyyəsi” İnformasiya Sisteminin Əsasnaməsi təsdiq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Fevral 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















