Icma.az
close
up
RU
İqtisadçı: İxrac artımı aqrar sektorun, sabit və davamlı inkişafından xəbər verir

İqtisadçı: İxrac artımı aqrar sektorun, sabit və davamlı inkişafından xəbər verir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Razi Abbasbəyli: Azərbaycanın aqrar sektorunda təxminən 10-12 faizlik inkişaf müşahidə edilməkdədir


2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycandan 299 milyon 282 min ABŞ dolları dəyərində 291,4 min ton meyvə-tərəvəz ixrac edilib.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkədən ixrac edilən meyvə-tərəvəzin dəyəri 19.1% və ya 48 milyon ABŞ dolları, həcmi isə 26.2% və ya 60.5 min ton artıb. 2024-cü ilin ilk 5 ayında Azərbaycandan 251 milyon 280 min ABŞ dolları dəyərində 230.9 min ton meyvə-tərəvəz ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə əsas ixrac olunan meyvə-tərəvəz məhsulları 113.8 milyon dollar dəyərində pomidor (98.7 min ton), 65.2 milyon dollar dəyərində meşə fındığı (9.4 min ton), 32.9 milyon dollar dəyərində xurma (45.8 min ton), 32.3 milyon dollar dəyərində alma (46.6 min ton ), 22.5 milyon dollar dəyərində kartof (56.8 min ton), 4.3 milyon dollar dəyərində nar (5 min ton) olub.

Xatırladaq ki, cari ilin yanvar-may aylarında meyvə-tərəvəzin ümumi ixracda xüsusi çəkisi 2.72%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21.26%-ə bərabər olub.


Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki,  ixrac artımı təqdirəlayiq bir haldır:


“Diqqətçəkən məqam ondan ibarətdir ki, Azərbaycanın eyni dövrlə müqayisədə 2021-ci  ildə 210 milyon, 2022-ci  ildə 270 milyon və 2023-cü  ildə də təxminən həmin miqdar aralığında ixracat gəlirləri olub. 300 milyon dollarlıq gəlirin əldə edilməsi isə təxminən 12 faizə qədər artımın baş verməsi deməkdir. Yəni artım rəqəmləri onu göstərir ki, Azərbaycanın aqrar sektorunda təxminən 10-12 faizlik inkişaf müşahidə edilməkdədir. Təəssüf ki, bu, yetərli səviyyə deyil. Gəlirlər hələ də proqnozlaşdırıldığı səviyyəyə gəlib çatmayıb. Lakin son dörd il ərzində aqrar sektordan əldə olunan gəlirlərin artım dinamikası göstərir ki, mövcud potensial, xarici bazarlara çıxış imkanları və digər iqtisadi göstəricilər kontekstində Azərbaycanda sözügedən sahənin inkişafı və bu sahədən əldə edilən gəlirlərin artım tendensiyası perspektivdə də davam edəcək. Bu, ixrac artımı aqrar sektorun sabit və davamlı inkişafından xəbər verir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 İyun 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri