Icma.az
close
up
RU
İqtisadçı: Rəsmi şəxslərin ideoloji çağırışları əhalinin sayını kompensasiya edə bilməz

İqtisadçı: Rəsmi şəxslərin ideoloji çağırışları əhalinin sayını kompensasiya edə bilməz

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rus deputatdan çağırış: "Qadınlar yetkinlik yaşına çatar-çatmaz uşaq dünyaya gətirsin"

“Uşaq sahibi olmaq dəbdə olmalıdır. Rus qadınlarının hazırda olduğu kimi 28 və ya 29 yaşında deyil, yetkinlik yaşına çatdıqdan sonra mümkün qədər tez uşaq sahibi olması normaya çevrilməlidir”. Bu fikirləri Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko bildirib. Onun sözlərinə görə, hər şeyi sonraya saxlamaq olmaz: “Bu, sonra tibbi və digər səbəblərə görə heç vaxt baş verməyə bilər. Vladimir Vladimiroviçin məşhur ifadəsi var: “Ata, ana olmaq və uşaqların olmağı xoşbəxtlikdir və bu xoşbəxtliyi sonraya saxlamağa ehtiyac yoxdur”. Matviyenko qeyd edib ki, demoqrafiyada ən böyük problem və çətinlik mentaliteti dəyişdirməkdir. Belə ki, yaxşı, mehriban, böyük və möhkəm ailəsi olan uğurlu insan hesab edilməlidir: "Prezident Vladimir Putin gənc rusları təhsil və karyera naminə uşaq sahibi olmağı təxirə salmamağa çağırıb. O həmçinin etiraf edib ki, dövlət ailələrə uşaq sahibi olmaq üçün təzyiq göstərməməlidir. Ümumrusiya İctimai Rəy Araşdırmaları Mərkəzinin sorğusu göstərir ki, rusların əksəriyyəti (76%) gənclərin ilk dəfə valideyn olmaq şansını maliyyə və iqtisadi səbəblərə görə təxirə saldığına inanır. İctimai Palata əmindir ki, rusların həyat səviyyəsinin yaxşılaşdırılması demoqrafik problemləri həll etməyəcək, çünki insan nə qədər yaxşı yaşayırsa, bir o qədər az uşaq dünyaya gətirir". 

İqtisadçı Eldəniz Əmirov "Sherg.az"a açıqlamasında deyib ki, müharibə Rusiyaya bugünkü ərazisindən 100 dəfə artıq torpaq qazandırsa belə, ölkənin demoqrafik itkiləri elə miqyas alıb ki, nəticə etibarilə Rusiya yenə uduzacaq. İqtisadçı bildirib ki, vəziyyət o həddə çatıb ki, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko son çıxışında gənc qadınları yetkinlik yaşına çatar-çatmaz uşaq dünyaya gətirməyə çağırıb: 

"Bu fakt əslində böhranın hansı dərəcəyə çatdığını göstərir. Problemin mahiyyəti ondadır ki, Rusiyada demoqrafik böhran təkcə aşağı doğum səviyyəsi ilə izah olunmur. Bu böhranı 4 neqativ axın gücləndirir. Bunlar müharibə itkiləri nəticəsində kişilərin (ələxsus da gənc) sürətlə azalması, kütləvi beyin axını və xaricə çıxış, miqrantlara qarşı sərtləşən siyasət və sosial-iqtisadi qeyri-müəyyənliyin ailə institutunun dağılma sürətini artırması, paralel boşluğun böyüməsidir. Rusiya əhalisinin artım dayaqlarından biri miqranatlar idi. Odur ki, rəsmi şəxslərin belə şəraitdə ideoloji çağırışları və siyasi bəyanatlar əhalinin sayını kompensasiya edə bilməz. Çünki, bu qısamüddətli dalğalanma yox, strukturlaşmış uzunmüddətli eniş trendidir".

E.Əmirova görə, ən acınacaqlısı isə odur ki, müharibə nə qədər davam etsə, demoqrafik zərbə bir o qədər dərinləşəcək: 

"Amma hətta savaş bu gün Rusiyanın "qələbəsi” ilə bitsə belə, demoqrafik baxımdan geri dönüş nöqtəsi artıq keçilib. Bu gündən sonra doğulacaq hər bir uşağa bu gün veriləndən 5 qat daha yüksək dəstək verilsə belə, bu gün vurulan dağıdıcı effekti kompensasiya etmək mümkün olmayacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri