Icma.az
close
up
RU
İqtisadi artım tempi niyə aşağıdır? Komitə sədri

İqtisadi artım tempi niyə aşağıdır? Komitə sədri

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iqtisadi artım tempinin nə üçün aşağı olmasına aydınlıq gətirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Azər Əmiraslanov deyib ki, neft sektorunun iqtisadiyyatda payının azalması və bunun fonunda iqtisadi artımın cari ilin 10 ayında 1,3 faiz təşkil etməsi, cari ilin sonuna 3 faizgözlənilməsi və növbəti il üçün 2,9 faiz proqnozlaşdırılması bəzilərinin təqdim etdiyi kimi nə durğunluqdur, nə də hər hansı bir iqtisadi patologiyadır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri qeyd edib ki, 2026-cı il üzrə gözlənilən qlobal artım tempi ilə demək olar ki, eyni səviyyədə proqnozlaşdırılaniqtisadi artım sənayenin strukturundakı dəyişiklikləri, konkret olaraq neft hasilatının aşağı düşməsini əks etdirir: “Reallıq bundan ibarətdir ki, hasilatın azalması da öz növbəsində struktur transformasiya səbəbindən qeyri-neft sektorunda artım tempini aşağı sala bilir. Görəsən, iqtisadiyyatın və sənayenin strukturundakı yeniləşmə, neft hasilatının geoloji və texnoloji xüsusiyyətlərindən irəli gələn azalma meylləri nə vaxtdan iqtisadi tənəzzül və ya durğunluq hesab edilir? Xatırlatmaq istərdim ki, Azərbaycanın neft sənayesi üzrə hasilat dinamikası hələ "Əsrin müqaviləsi" çərçivəsində uzunmüddətli geoloji və texniki proqnozlara əsasən müəyyən edilib. Faktiki rəqəmlərə baxsaq, neft hasilatı 1995-ci ildə 9 mln. tondan 2010-cu ildə 51 mln. tona çatmışdır. 2011-ci ildən isə hasilat tədricən azalaraq 2020-ci ildə 34 mln. tona, 2025-ci ilin 10 ayında 23 mln. tona enmişdir. Neft hasilatının bu dinamikası dövlətimizin iqtisadi strategiyasında, xüsusilə də büdcə planlaşdırılmasında, neft gəlirlərinin idarə edilməsi modelində nəzərə alınıb”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Noyabr 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri