Icma.az
close
up
RU
İqtisadi rifah, yaxud, son 3 ayın 9 ayla bağlı siqnalları: ARAŞDIRMA

İqtisadi rifah, yaxud, son 3 ayın 9 ayla bağlı siqnalları: ARAŞDIRMA

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün oxucularımız üçün ölkədə rifah halının göstəricisi olan rəqəmləri, yaxın günlərdə baş verəcək növbəti qiymət artımının siqnallarını iqtisadi analizimizlə verməyə çalışacağıq.
2025-ci il üçün ekstrasenslərin verdiyi iqtisadi proqnozlara inanmasaq da, əslində 2025-ci ilin ilk günündən qiymət artımları nəinki ölkədə, elə dünyada da özünü çılpaqlığı ilə göstərdi. Xatırladım ki, ekstrasenslərin “Qlobal münaqişələr, iqlim fəlakətləri , iqtisadi təlatümlər, radikal qeyri-müəyyənlik” baş verəcəyini, bunun da sayəsində dünya iqtisadi böhranla üzləşəcəyini bildirmişdi.
Təsəvvür edin ki, ekstrasenslərin iqtisadiyyatla bağlı dediyi proqnozlar ilk “tutan” proqnozlar oldu.

Banklarımızın açıqlaması nədən xəbər verir?

Ard-arda xalqa açıqlanan  rəsmi məlumatlar xalqı gələcək qiymət artımlarına təmkinlə yanaşmaq missiyası da həyata keçirir - desək yanılmarıq.
Başlayaq Azərbaycan Mərkəzi Bankının məlumatlarından... Bu il aprelin 1-nə bankın valyuta ehtiyatlarının 11 milyard 26,5 milyon ABŞ dolları olduğu açıqlanıb. Məlumatda vurğulanır ki, son 1 ildə isə Mərkəzi Bankın valyuta ehtiyatı 5,4 faiz azalıb. Bu siqnal davamında nə gətirdiyini bilmək istəyirsinizsə, axıra qədər oxuyun.
Deməli, bundan bir ay əvvəl 2025-ci il mart ayının 1-ndə AMB elan etdi ki, Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə ortaillik faiz dərəcəsi 18.07% təşkil edib. Bildirilib ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcələri əvvəlki ayla müqayisədə 0.32 faiz bəndi, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2 faiz bəndi artıb.
Yəni anlayacağınız: 1Martdan etibarən Azərbaycanda manatla verilmiş kreditlər bahalaşdı və prosesin dayanmayacağını 1 aprel AMB elan etdiyi kimi "valyuta ehtiyatımızın 5,4 faiz azalması" ortaya qoyur. Əslində proses AMB elan etdiyi kimi aprelin 1-dən yox, bəlkədə daha əvvəldən başlayıb ki, artıq manatla verilmiş kreditlər mart ayından bahalaşdığı elan edildi. Bu fakt Azərbaycan iqtisadiyyatının bütün sahələrinə  təsirsiz ötüşməyəcək. Dövlət tənzimləməni boynuna götürməsə, əhali ilə banklar arasında dərin münaqişə və çəkişmələr baş verəcək.

Qızıl qalxırsa, enerjinin, yanacağın qiymətləri də avtomotik olaraq qalxacaq 

Hələ düşünsək ki, dünyada qızılın qiymətində rekord hədd var və dünyanın bir köşəsi olan Azərbaycana bu bahalaşmanın da təsiri olacaq. 2025-ci il Aprel ayının 3-ə olan məlumatlara diqqət yetirsək, bilərik ki, dünyada qızılın qiyməti bütün zamanların ən yüksək həddinə çatıb və ilk dəfə bir unsiya üçün 3200 dolları keçib. Halbuki, 2024-cü ilin dekabrında qlobal bazarlarda qızılın unsiyası 2 min 605 dollara ticarət olunub. 3 aydakı fərqi görürsünüzmü?
Bu gün isə məhz bu səbəbdən Azərbaycanda 1 qram 999 əyarlıq təmiz qızılın qiyməti 171.63 , 750 əyyarlıq 1 qram
İtalyan qızılın qiyməti 128.85 və nəhayət 585 əyyarlıq 1 qram türk qızılın qiyməti 100.5 manatdır. Onu da nəzərə alın ki, ötən ilin elə bu günlərində Azərbaycan bazarlarında qızılın bir qramı ölkədə 117.9 manat təşkil edib. Təxminən 60 manat bahalaşıb.

Bolluq olan marketlər, əl yandıran qiymətlər

 Əslində marketlərimiz bolluğun göstəricisi, əlçatmazlığın ünvanı  sayıla bilər. Xüsusən "brend"  olan marketlərdə satılan bütün növ ərzaq məhsulları , necə deyərlər, əl yandırır
Məsələn, “Bazar store”marketlər şəbəkəsinə girsəniz ilk öncə ekstrasenslərin proqnozunun gerçək olduğunu bilərsiniz. Burada dana əti, (QOL SÜMÜKSÜZ...)-16.98, (BİFTEK)-22.98, (antrikot sümüksüz ət)-26.98, can əti -34.98, quzu pirzola - 19.98 manata olması deyilənlərə əyani sübutdur.
Bu qiymətlər bu günə olan qiymətlərdir və bəzi rəsmi məlumatlara diqqət yetirdikdə bu prosesin- yəni qiymət artımının yerində sayacağına inanmaq olmur.

Kasıbçılığın, müflisləşmənin digər səbəbləri

Yəqin ki, bundan əvvəl ki, məqalələrimizdə Azərbaycandan ərzaq qıtlığının yaranmasının digər səbəblərini oxumusunuz. Xatırladım ki, bu ilin fevralında Rusiyanın Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin ("Rosselxoznadzor") saytında "VetİS" Federal Dövlət İnformasiya Sisteminin məlumatları yayıldı. Məlumata deyilirdi ki, Azərbaycandan 940 ton kərə yağı idxal edilib ki, bu da bir il əvvəlkindən (240 ton) 4 dəfə çoxdur.  Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin yanvar-sentyabrında Azərbaycandan Rusiyaya 45 milyon 738,68 min dollar dəyərində 7 386,49 ton kərə yağı ixrac olunub. 2023-cü ilin eyni dövründə ixrac 5 milyon 11,54 min dollar dəyərlə 800 ton təşkil etmişdi. Bu isə o deməkdir ki, Azərbaycandan Rusiyaya kərə yağı ixracı həm çəki, həm də dəyər baxımından 9 dəfədən çox artıb.


Araşdırmamız zamanı o da məlum oldu ki, kərə yağı özümüzə çatmır, amma Rusiyaya ixrac olunur. Yəni, azərbaycanlı sahibkarlara yağı Rusiyada daha baha satmaq olduqca sərfəlidir. Bəs ölkədən çıxarılan kərə yağlarının əvəzinə orta statik  azərbaycanlılar nə yeyir? Buna da çözüm tapılıb.  Rusiyaya gedən yüksək keyfiyyətli kərə yağının əvəzinə vətəndaşlarımıza yerli sexlərdə hazırlanan saxta kərə yağları satılıb.

Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində Elman İmanverdiyev tərəfindən kərə yağı adı ilə satılan məhsul əslində bir zəhərdir. İstehsal olunan “kərə yağı” məhsulların nümunələrindən bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. Həmin zəhər “paçkaları”nın adı "Natural" , Tac” , "Selskoe" dir.
Yox əgər kiminsə ürəyi istədi ki, ailəsi xalis kərə yağı yesin, o zaman getsin “bazarstore” mağazalar şəbəkəsindən 1kq -lıq
"WESTGOLD" 24.90,"NEWLAND" 22.99, "YENİ ZELLANDİYA" ya 19.50 və s. qiymətlərin onun cibinə uyğun olub-olmamasını yoxlasın.

Yumurtaya ehtiacı olan tək ruslardı ? 


Çox zəif kənd təsərrüfatı istehsal edən Azərbaycanın xammal ixracına üstünlük verilməsi başa düşülən deyil və mütləq bu tip uyğunsuzluqlar ortaya çıxır.
Bir məqama da diqqət edək: Artıq uzun illərdir ki, adi kənd yumurtası bazarlarda 20 qəpik, marketlərdə 25-28-qğpik arasında satılır. Niyə belədir deyənlərə də məlumat verək ki, təkcə 2023-cü ildə Azərbaycan Rusiyaya 36 ton (612 min ədəd) yumurta ixraqc edib. Ümumilikdə, 2024 -cü ilin yanvarın 25-nə kimi Rusiya Federasiyası Azərbaycandan 4,2 milyon ədəd yumurta alıb.
Rəsmi mənbələrdən əldə etdiyimiz rəqəm və faktları bir yerə komalayıb, analiz edəndə isə görünən mənzərə odur ki, 2025-ci il köhnə, gəlib-keçmiş illərdən daha ağır və çətinlik dolu olacaq. Qarşıda isə məhsulu , xammalı, əkini-biçini olmayan aprel-may ayı var.

P.S.Rifahınız yüksəlsin, firavanlığın artsın, əziz Azərbaycan vətəndaşları! Bunu sizə ərz etməkdən başqa əlimdən gələn bir iş yoxdur.

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see147

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri