Icma.az
close
up
RU
Menu

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

Sözün işığında yaşayan insan

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

Amazon kütləvi ixtisarlara hazırlaşır

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

Azərbaycanda ticarətin transformasiyası: Şəbəkə marketləri və yeni iqtisadi reallıqlar ARAŞDIRMA

Azərbaycanda ticarətin transformasiyası: Şəbəkə marketləri və yeni iqtisadi reallıqlar ARAŞDIRMA

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şəbəkə marketləri, istehlak mallarının istehsalçıdan istehlakçılara çatdırılması prosesində mühüm bir bağlantıdır. Bu sektor, istehsalçıların məhsullarını istehlakçılara təqdim etməklə yanaşı, həm də geniş miqyaslı ticarət şəbəkələri və satış kanallarını təmin edir. Orta və kiçik biznesin inkişafı üçün pərakəndə sektorunun inkişafı xüsusi əhəmiyyət kəsb edir. Şəbəkə marketləri yerli istehsalçılara daha geniş bazarlara çıxış imkanı verir, həmçinin kiçik biznes sahiblərinə öz məhsullarını satmaq üçün stabil müştəri bazası və marketinq platforması təklif edir. Bu, kiçik bizneslərin böyüməsinə və mövqelərini möhkəmləndirməsinə kömək edir.

Eyni zamanda, şəbəkə marketləri ilə əməkdaşlıq, orta və kiçik biznes sahibləri üçün yeni iş imkanları və innovativ həllər gətirir. Bir çox hallarda, şəbəkə marketləri kiçik istehsalçılara öz məhsullarını yüksək keyfiyyət standartlarına uyğunlaşdırmağa və istehsal proseslərini təkmilləşdirməyə dəstək olur.

Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin kəskin artımında şəbəkə marketlərinin rolu

Son illərdə Azərbaycan iqtisadiyyatının mühüm sahələrindən biri olan pərakəndə ticarət sektoru əhəmiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Son 10 ildə ölkədə pərakəndə ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb.

Qrafikdən göründüyü kimi 2024-cü ildə Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 2015-ci illə müqayisədə nominal ifadədə 2.4 dəfə artaraq 62 milyard manatı ötüb. Bu artımın əsas hərəkətverici qüvvəsi hüquqi şəxs qismində fəaliyyət göstərən iri şəbəkə marketləri olub.

Qrafikdən göründüyü kimi 2015-ci ildə Azərbaycanda ümumi pərakəndə ticarət dövriyyəsində hüquqi şəxslərin dövriyyəsi 2 milyard 829 milyon manat təşkil edirdisə, 2024-cü ildə bu rəqəm nominal ifadədə 6 dəfə artaraq 16 milyard 867 milyon manata bərabər olub. Hüquqi şəxslərin ümumi dövriyyədə payı isə 11%-dən 27.1%-ə yüksəlib.

Super marketlərin xüsusiyyəti ondan ibarətdir ki, onlar bir çox sahələri özündə birləşdirən çoxsektorlu satış modelini tətbiq edirlər. Həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının (geyim, təmizlik vasitələri, elektronika və s.) geniş çeşiddə təqdim olunması istehlakçı davranışını dəyişib, alış-verişin daha sistemli və mərkəzləşdirilmiş şəkildə aparılmasına şərait yaradıb.

Pərakəndə ticarət dövriyyəsinin artımı nəticəsində daxili bazarda tələbat yüksəlib, bu isə öz növbəsində yerli istehsalçıların daha çox məhsul istehsal etməsinə şərait yaradıb. Belə ki, 2024-cü ildə qida məhsullarının istehsalının dəyəri 2015-ci illə müqayisədə nominal ifadədə 91%, içki istehsalı 5 dəfə, tütün məmulatlarının istehsalı 31 dəfə, geyim istehsalı isə 3.4 dəfə artıb.

Digər önəmli məqam ondan ibarətdir ki, iri şəbəkə marketləri öz satış platformalarında yerli istehsalçılara geniş yer ayırmaqla, orta və kiçik müəssisələrin məhsullarını bazara çıxarma imkanlarını genişləndirir. Bu əməkdaşlıq forması kiçik sahibkarların satış kanallarına çıxışını asanlaşdırır, eyni zamanda regionlarda istehsal və məşğulluğun artmasına səbəb olur.

İqtisadiyyatın dayanıqlı inkişafı, investisiya mühitinin yaxşılaşdırılması

İqtisadiyyatın dayanıqlı inkişafı, yalnız qısamüddətli böyümə ilə deyil, uzunmüddətli və dayanıqlı iqtisadi artım ilə əlaqəlidir. Pərakəndə sektorun bu inkişafda mühüm rolu var. Bu sektor, müxtəlif sahələrdən olan işçilərin məşğulluğunu təmin etməklə, sosial rifahı artırır və iqtisadi sabitliyi gücləndirir.

Pərakəndə sektorun inkişafı, ölkənin investisiya mühitinə müsbət təsir göstərir. Yüksək inkişaf etmiş pərakəndə bazarlar və şəbəkə marketləri, investorlar üçün cəlbedici sahələrə çevrilir. Xarici və yerli investorlar, potensial gəlirliliyi və bazar tələbatını nəzərə alaraq pərakəndə sektora investisiya qoymağa meyllidirlər. Bu, həm yerli, həm də xarici sərmayənin artmasına səbəb olur.

Qrafikdən göründüyü kimi, 2020-2024-cü illərdə Azərbaycanda iqtisadiyyatın ticarət sahəsində əsas kapitala 1 milyard 250 milyon manat investisiya yatırılıb.

Pərakəndə sektorun inkişafı ilə yanaşı, icarə biznesi də ölkənin iqtisadiyyatında mühüm yer tutur. Xüsusilə, ölkədə şəhər mərkəzlərində və ticarət zonalarında icarə sahələri böyük ticarət obyektləri və şəbəkə marketləri tərəfindən geniş istifadə olunur. İcarə biznesi, yalnız kiçik və orta bizneslərin fəaliyyət göstərməsi üçün vacib deyil, həm də yerli və xarici investisiyaların artırılmasına təkan verir.

Şəbəkə marketləri qeyri-neft sektorunda böyük vergi ödəyicisi kimi

Şəbəkə marketləri, qeyri-neft sektorunun ən böyük vergi ödəyicilərindən biridir. Onlar yalnız öz fəaliyyətlərindən əldə etdikləri gəlirlər vasitəsilə vergi ödəmək deyil, həm də kiçik və orta biznesləri bazara daxil edərək onlara da vergi ödəmək imkanı yaradırlar.

Qeyd edək ki, Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin adlarını açıqlayıb. Bu ödəyicilər sırasında pərakəndə sektorda fəaliyyət göstərən 6 şəbəkə marketi yer alıb. Adlarının açıqlanmasını istəyən 6 şəbəkə marketi ötən il ümumilikdə dövlət büdcəsinə 131.9 milyon manat vergi ödəyib. Vergi ödəmələrinin artması dövlət büdcəsinə əlavə maliyyə vəsaiti daxil olmasına səbəb olub. Bu vəsait isə müxtəlif sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün istifadə edilir.

Bu şirkətlərin vergi ödəmələrindən başqa, sosial ödənişlər - məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə ödənişlər - ölkə iqtisadiyyatına bir neçə istiqamətdə müsbət təsir göstərir. Bu ödənişlər işçi qüvvəsinin sosial müdafiəsini təmin etməklə yanaşı, icmal büdcəyə əlavə vəsait axını təmin edir, sosial sabitliyi dəstəkləyir və iqtisadi inkişafı sürətləndirir. Şəbəkə marketlərinin bu sahədəki rolu, həm cəmiyyətin rifahını artırmağa, həm də ölkənin dayanıqlı iqtisadi inkişafına töhfə verir.

“Kölgə iqtisadiyyatının ağardılması”nda şəbəkə marketlərinin rolu

Kölgə iqtisadiyyatı, yəni vergi və sosial öhdəliklərdən yayınma ilə müşayiət olunan qeyri-rəsmi fəaliyyətlər – ölkənin maliyyə sabitliyinə və sosial rifahına ciddi zərbə vurur. Bu baxımdan, iri şəbəkə marketlərinin fəaliyyətini genişləndirməsi kölgə iqtisadiyyatına qarşı mübarizədə effektiv bir alətə çevrilib. Bu marketlərdə dövriyyənin tam şəkildə rəsmi sənədlərlə aparılması, nəzarət mexanizmlərinin mövcudluğu və vergi öhdəliklərinə ciddi riayət olunması şəffaf iqtisadi mühitin formalaşmasına mühüm töhfə verir.

İri market şəbəkələrinin inkişafı ilə bütün dövriyyənin şəffaflaşdırılması prosesi sürətlənib. Bu, təkcə vergi orqanları üçün yox, həm də əmək bazarının iştirakçıları üçün əlavə etimad mühiti yaradır. Rəsmi əmək müqavilələrinin bağlanması, əmək haqlarının banklar vasitəsilə ödənilməsi və işçilərin sosial təminat sistemlərinə qoşulması nəticəsində əmək bazarının strukturunda da müsbət dəyişikliklər müşahidə olunur. Bu, həmçinin, orta və kiçik sahibkarlığın qanuni fəaliyyətə inteqrasiyasını təşviq edir.

Elektron ödənişlərin stimullaşdırılması və nağdsız iqtisadiyyat

Şəbəkə marketlərinin rəqəmsallaşma və elektron ödənişlərin təşviqindəki uğurlu strategiyaları, yalnız öz fəaliyyətlərini deyil, ümumilikdə pərakəndə sektorun rəqəmsal inkişafını da sürətləndirir. Həmçinin, bu strategiyalar, digər sahələrdə də rəqəmsallaşmanın genişlənməsinə təkan verir.

Bu marketlərdə ödənişlərin böyük hissəsi POS-terminal vasitəsilə aparılır. Bu isə nağdsız ödənişləri stimullaşdırmaqla, satışların rəsmi uçotunu təmin edir və vergidən yayınma hallarını azaldır.

Qrafikdən göründüyü kimi son illər Azərbaycanda POS-Terminallarla ödənişlər kəskin artıb. Belə ki, 2015-ci ildə cəmi POS-Terminallarla ödənişlər 394 milyon manat təşkil edirdisə, 2024-cü ildə bu göstərici 31 dəfə artaraq 12 milyard 274 milyon manata yüksəlib.

Şəbəkə marketləri, elektron ödəniş sistemlərini təkmilləşdirmək və müştərilərə ən rahat seçimləri təqdim etmək üçün banklarla, fintech şirkətləri ilə əməkdaşlıq edirlər. Bu əməkdaşlıqlar, rəqəmsal ödənişlərin geniş yayılmasına və daha çox müştərinin elektron ödənişlərə keçməsinə şərait yaradır. Şəbəkə marketlərinin elektron ödəniş sistemlərinə daha çox diqqət yetirməsi, yalnız müştəri məmnuniyyətini artırmır, həm də əməliyyat xərclərini azaldır və maliyyə əməliyyatlarının daha səmərəli aparılmasını təmin edir.

Yeni iş yerləri və kadr potensialı: Qadınların və gənclərin iqtisadi həyata inteqrasiyası

Azərbaycanda şəbəkə marketləri yeni iş yerlərinin açılmasına böyük töhfə verir. Xüsusən, qadınlar və gənclər üçün yeni iş imkanları yaratmaq, cəmiyyətin sosial və iqtisadi tərəqqisi üçün böyük əhəmiyyət kəsb edir. Bu şirkətlər həm fiziki mağazalar, həm də onlayn satış kanalları vasitəsilə çoxsaylı yeni iş yerləri yaradır. Şəbəkə marketləri yalnız iş yeri təmin etməklə kifayətlənmir, həm də işçilərini inkişaf etdirmək və yeni kadrlar yetişdirmək məqsədilə müxtəlif təlimlər və inkişaf proqramları təşkil edirlər. Bu marketlərdə işləyənlər, həm nəzəri, həm də praktik biliklər əldə edərək gələcəkdə daha ixtisaslaşmış mövqelərdə fəaliyyət göstərə bilirlər.

Qrafikdən göründüyü kimi, 2019-2024-cü illərdə Azərbaycanda hüquqi şəxslər tərəfindən iqtisadiyyatın ticarət sahəsində 78 381 ədəd yeni iş yerləri açılıb.

Şəbəkə marketləri, eyni zamanda əmək mədəniyyətinin formalaşmasında da əhəmiyyətli rol oynayır. İşçilərin davranışları, münasibətləri və əməkdaşlıq bacarıqları, ümumilikdə şirkəti və sektoru inkişaf etdirməyə yönəlir. İşçilər arasında həmrəyliyin və komanda ruhunun təşviqi, onların daha effektiv işləməsinə və şəffaf iş mühiti yaratmasına səbəb olur.

Yekun olaraq qeyd etmək olar ki, şəbəkə marketlərinin pərakəndə sektordakı rolu təkcə iqtisadi deyil, həm də sosial və institusional sahələrdə dərin təsir gücünə malikdir. Onlar orta və kiçik biznesin inkişafı, istehsalçıların bazara inteqrasiyası, iş yerlərinin yaradılması və rəqəmsallaşmanın təşviqi kimi çoxşaxəli istiqamətlərdə mühüm rol oynayır. Şəbəkə marketləri vasitəsilə formalaşan şəffaf, rəqabətə davamlı və müasir ticarət sistemi, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı üçün strateji əhəmiyyət daşıyır.

Yazı Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Aprel 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Boşalan evlər MİDA ya verilsə, Bakıda mənzillər ucuzlaşacaq İqtisadçı Bu gün Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi, eləcə də Sumqayıt, Lənkəran, Şirvan və Yevl

29 Oktyabr 2025 16:41see257

Sözün işığında yaşayan insan

28 Oktyabr 2025 08:28see200

Sosial iqtisadi inkişafa dair Yeni Strategiya üzrə Tədbirlər Planının layihəsi təqdim edilib

28 Oktyabr 2025 19:38see182

Tibbi sığortadan kəsilən pullar korrupsiya və lüzumsuz xərclərə gedəcək Partiya sədri

29 Oktyabr 2025 14:33see177

Əmtəə bazarlarında qızılın qiyməti 4000 dollardan aşağı enib

28 Oktyabr 2025 09:20see169

Bakıda keçiriləcək Art Weekend çərçivəsində XVII əsrə aid hamamda “Axar yaddaş” adlı unikal ekspozisiya təqdim olunacaq VİDEO

28 Oktyabr 2025 15:58see155

Karvan Yevlax Elşad Əhmədova tapşırılır? Dəqiqləşdi

28 Oktyabr 2025 06:16see154

Ukraynada müharibəni bitirməklə bağlı müzakirələr başladı Plan hazırdır

28 Oktyabr 2025 21:15see148

Əhmədzadə haqda sensasion faktlar üzə çıxdı 20 dən çox eskort qadınla süni adada...

28 Oktyabr 2025 14:31see143

Dabaq xəstəliyinə qarşı ictimai narahatlıq ət bazarlarını vurdu , ət dükanlarında satış həcmi azalmağa başladı

29 Oktyabr 2025 18:30see137

Marko Materassi məşqçilik karyerasını niyə bitirdiyini izah edib

28 Oktyabr 2025 20:46see133

Minatəmizləmə sahəsində Azərbaycan NATO əməkdaşlığı müzakirə edilib

28 Oktyabr 2025 17:06see132

Amazon kütləvi ixtisarlara hazırlaşır

28 Oktyabr 2025 07:04see131

WUF13 ün rəsmi sosial media səhifələri fəaliyyətə başlayıb

29 Oktyabr 2025 18:21see129

Rusiya klubundan rəsmi təklif: Rədd edib, Qarabağ da qaldı

28 Oktyabr 2025 20:42see126

Azərbaycanda yeni LAYİHƏ 1 milyon manatdan çox...

28 Oktyabr 2025 19:10see126

KİV: HƏMAS Qəzzada atəşkəsi pozub

28 Oktyabr 2025 20:13see124

Rusiya Qırğızıstana ərzaq yardımı göndərdi

28 Oktyabr 2025 11:43see123

Bu yaş dövründə idman edənlərin beyni gec qocalır

28 Oktyabr 2025 21:07see122

İncəsənət xadimləri bu həftəsonu Heydər Əliyev Mərkəzində toplaşacaq Video

28 Oktyabr 2025 16:55see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri