Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

Rusiya Ukrayna müharibəsinin uzanmasına çalışan qüvvələr var

Rusiya Ukrayna müharibəsinin uzanmasına çalışan qüvvələr var

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tanınmış hüquqşünas Adil Minbaşı "525"ə müsahibə verib.
Müsahibədə əsasən Rusiya-Ukrayna müharibəsi, mümkün sülh prosesi, gələcək inkişaf perspektivləri və digər məsələlərə toxunulub.

- Adil müəllim, Rusiya-Ukrayna münaqişəsinin nizamlanması bu gün beynəlxalq aləmdə prioritet məsələ olaraq qalır. Bir müddət öncə ABŞ və Rusiya liderlərinin Alyaskada sammiti baş tutdu, ardınca Tramp-Zelenski ikitərəfli danışıqları keçirildi, daha sonra Avropa liderlərinin iştirakı ilə çoxtərəfli görüş oldu. Bütün bu müzakirələrdən sonra proseslərin gedişini izlədikdə hansı qənaətə gəlmək olar? Rusiya-Ukrayna müharibəsində sülhə nail olmaq nə dərəcədə mümkün görünür?

- Sualınızın əvvəlində "münaqişə" sonra isə "müharibə" ifadəsini işlədirsiniz. Rusiyanın bu hərbi akta qoyduğu SVO - Xüsusi Hərbi Əməliyyat (XHƏ) adı məhdud ərazidə, məhdud hərbi kontingentlə qısa zaman içərisində aparılan hərbi əməliyyatları nəzərdə tuturdu. Suveren dövlətin ərazisinə hərbi müdaxilə, ərazilərini işğal etmək beynəlxalq hüququn əsas prinsiplərini pozmaqla bağlı cinayət məsuliyyətinə səbəb olan aktdır. Rusiya öz hərəkətlərinin əhəmiyyətini kiçiltmək və əsas hədəflərini gizlətmək üçün bu addan istifadə edir. Hərbi əməliyyatlar 3 ildən artıqdır davam edir. Hər iki tərəfdən insan itkilərinin sayı yüz minlərlədir. Yüzlərlə şəhər, kənd, yaşayış məntəqələri məhv edilib. Döyüş əməliyyatlarında iştirak edən canlı qüvvə və hərbi texnikanın sayına, eləcə də nəticələrinin ağırlığına görə bu müharibə İkinci Dünya müharibəsindən sonra baş verən ən irimiqyaslı hərbi əməliyyatlardır. Bunları nəzərə alsaq, sonuncu ifadə daha doğrudur və reallığı ifadə edir. Bu müharibənin baş verməsinin çox ciddi səbəbləri və dərin ziddiyyətli kökləri var...

- Mümkünsə bunları qısa izah etməklə sualımıza qayıdaq.

- Mən müharibənin səbəbini Ukrayna ilə baş verən münaqişə kimi görmürəm. Bu, Rusiyanın qlobal savaşda güc mərkəzlərindən biri kimi qalmaq iddiası ilə planlaşdırdığı geniş və uzunmüddətli müharibənin başlanğıcıdır. Müharibənin adını "XHƏ" qoyub sözdə kiçiltmək olar, amma bu əsas məqsəd və mahiyyəti dəyişmir. Əslində Rusiya rəsmiləri, şəxsən prezident Vladimir Putin xəbərdaredici, təsiredici mesajlarla gələcək hədəfləri ilə bağlı sözünü deyir: "SSRİ-nin dağılması tarixi səhvdir, bərpa olunacaq". Rusiya bu ağır missiyanın öhdəsindən gələ bilsə, çoxqütblü dünyada güc mərkəzlərindən biri kimi qalmaq imkanı qazanmış olar. Bacarmasa, imperiya olaraq dağılmağa məhkumdur.

Məsələ Alyaska görüşünün əsl məqsədini gizlətmək üçün uydurulan "sülh danışıqları" və "razılaşmalar" ətrafında aparılan müzakirələrdə göründüyü kimi deyil, Şekspirin qəhrəmanı Hamletin təbirincə desək, "Ölüm, qalım?" savaşıdır. Bu savaşda hələlik Ukrayna ilə Rusiya arasında barışığa gəlmək üçün heç bir şərt mövcud deyil, ona görə də sülh danışıqlarından hələlik heç bir nəticə gözləmirəm.

- "Hələlik" ifadəsinin arxasında nə dayanır? Deməli, nə vaxtsa barışıq üçün şəraitin yaranması mümkündür? Bu, hansı halda baş verə bilər? 

- Putin Rusiyanın gələcəyini xilas etmək üçün bu müharibəni başlatmalı idi və başladı. Lakin nəticələr gözləniləndən tamamilə fərqli və ağır oldu. Onun rəsmi çıxışlarından birində, danışıqlar apardığı dövlət rəhbərlərinin sözlərinə etibar etmədiyini ifadə etmək üçün işlədiyi "Nas naduli!" ("Bizi aldatdılar!") ifadəsi diqqət çəkir. Əslində, Putini xarici dövlətlərin rəhbərləri deyil, onun yaxın silahdaşları, etibar etdiyi şəxslər, məmurlar və ən yaxın ətrafı tamah və şəxsi maraqları naminə dəhşətli şəkildə aldatdılar. Bu barədə faktları saymaqla qurtarmaq mümkün deyil.

Müharibədən əvvəl kəşfiyyat və əks-kəşfiyyat orqanlarının Ukraynada apardığı hazırlıq işlərindən tutmuş, hərbi sənaye kompleksindəki resurslar və milyonlarla xərclənmiş yeni hərbi texnologiya barədə saxta məlumatlara qədər, hər sahədə rüşvət və korrupsiyanın yaratdığı boşluqlar Putindən gizlədildi. Təsəvvür edin ki, müharibə aparılan dövlətin sərhədlərində tikilib quraşdırılmalı olan müdafiə sistemləri üçün ayrılan vəsait qubernatorlar və müavinləri tərəfindən mənimsənilmiş, heç bir iş görülmədən hesabatlar verilmişdir. Bu işlərin vəziyyətinə və keyfiyyətinə nəzarət edən general rütbəli hərbi məmurlar isə əlbir olaraq saxta raportlar təqdim edirdilər. Buna görə də Ukrayna ordusu kiçik qüvvə ilə Kursk ərazilərini asanlıqla işğal edə bildi.

Əslində, Rusiyanın gələcəyini qorumaq üçün aparmalı olduğu ən vacib və ağır "müharibə" rüşvət və korrupsiyaya qarşıdır. Ölkədə rüşvət və korrupsiyanın səviyyəsi Qoqolun "Müfəttiş" pyesində təsvir etdiyi Çar Rusiyasındakı vəziyyətdən belə ağırdır. Parlament, hüquq-mühafizə orqanları, idarəçilik və hərbi sahələrdə hər hansı bir məmurun fəaliyyəti yoxlanıldıqda milyonlarla yeyinti faktları aşkar edilir. Bu şəraitdə müharibəni, üstəlik, uzanan müharibəni qazanmaq mümkün deyil.

Saxta göstəricilərə güvənən Putin Ukraynaya qarşı müharibəni üç gün, ən azı çox qısa müddətdə udacağına əmin idi, amma artıq üç ildir ki, heç bir nəticə əldə edə bilmir. Artıq geriyə yol yoxdur. Bu, böyük hərbi və iqtisadi itkilərlə yanaşı, üç il ərzində yüz minlərlə insanın ölümünə səbəb olan müharibədən məğlub çıxmaq hakimiyyətdən getmək deməkdir.

- Belə çıxır ki, barışığın əldə olunmamasının yeganə səbəbi Putinin hakimiyyətini itirmək qorxusudur?

- Təkcə bu deyil. Əgər Rusiya müharibəni məğlubiyyətlə başa vurarsa, bu, yalnız Putinin hakimiyyətinin sonu olmayacaq, həm də ölkənin parçalanması təhlükəsi reallaşa bilər. Hazırkı mərhələdə isə Rusiyanın qələbə, hətta nisbi qələbə qazanması Avropa dövlətləri və keçmiş sovet ölkələrinin gələcəyi üçün ciddi təhlükədir. Avropa dövlətlərindən başqa, Rusiyanın bu müharibədə məğlubiyyətini istəyən, ən azından müharibənin uzanmasına maraqlı olan digər güclər də mövcuddur.

- Söhbət kimlərdən gedir?

- Müharibənin uzanmasında maraqlı olan və bu prosesə təsir göstərə biləcək əsas qüvvə hərbi-sənaye oliqarxiyasıdır. Səbəbi aydındır. Dövlət olaraq İran və Şimali Koreya da müharibənin uzanmasını arzu edənlər sırasındadır, çünki hərbi resursları tükənən Rusiya onlardan silah almağa məcburdur.

Maddi qazancdan əlavə, Rusiya onlara əvvəl heç vaxt satmayacağı və verməyəcəyi nüvə və digər hərbi texnologiyaları verməyə məcbur ola bilər. Çin və Hindistan da müharibənin uzanmasında maraqlıdır, çünki onlar Rusiyanın çətin vəziyyətindən və ona tətbiq olunan sanksiyalardan faydalanaraq enerji və digər sərvətlərini "su qiymətinə" alır və bununla öz iqtisadiyyatlarını sürətlə inkişaf etdirirlər.

Bu sadalanan güclərdən yalnız Çin müharibənin dayandırılması və barışıq şərtlərinin razılaşdırılması imkanına malikdir.

- Tramp bu müharibəni bitirib Nobel Sülh mükafatı ala bilərmi?

- Hesab edirəm ki, əgər Tramp ədalətli sülh müqaviləsinin bağlanmasına nail olsa, Nobel Sülh Mükafatını almağa haqqı var və belə bir istəyinin olması da normaldır. Məsələ ondadır ki, ədalətli sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olmalıdır. Bu isə yalnız hücuma məruz qalan Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası, təhlükəsizliyinin təminatı ilə mümkündür.

Yuxarıda qeyd etdiyimiz kimi, bu, Rusiyanın tam məğlubiyyəti, Putinin hakimiyyətini itirməsi deməkdir və Rusiyanın suveren dövlət kimi bugünkü sərhədləri daxilində mövcudluğunu təhlükə altına qoyur. Putin isə könüllü olaraq buna getməyəcək. Bu, yalnız Putinin hər hansı formada hakimiyyətdən getməsi və ya onu hərbi məğlubiyyətə məcbur etməklə mümkün ola bilər.

Tramp isə hakimiyyətə gəldiyi vaxtdan bəri nə iqtisadi, nə də hərbi cəhətdən Rusiya üçün əlavə çətinliklər yaradıb, Putinə qarşı məcburedici heç bir addım atmayıb. Bu da onun imicinə ciddi zərbə vurmaqla yanaşı, əleyhdarları tərəfindən müxtəlif şəxsi biznes maraqları, ABŞ-ın sabiq prezidenti Baydenin oğlu Xanterin Ukraynadakı cinayət işi ilə bağlı faktları açmadığına görə Zelenskiyə olan nifrəti, Putinlə gizli əlaqələri və s. kimi konspiroloji (gizli güclərin sövdələşməsi) versiyalarla əlaqələndirilir. Lakin bunların heç biri hüquqi cəhətdən sübut edilmədiyi üçün mən bu şərhlərdən yan keçirəm.

Hesab edirəm ki, Trampın Putinə qarşı loyal münasibətinin səbəbi ABŞ-ın milli təhlükəsizlik konsepsiyası ilə bağlıdır. Belə ki, ABŞ öz milli təhlükəsizliyi üçün Rusiyanı təhlükəli, Çini isə düşmən dövlət hesab edir. Ona görə də Rusiyanın dağılması deyil, onun zəif və idarəolunan bir dövlət kimi Çinə qarşı blok dövlət kimi istifadə olunması planlaşdırılır.

Bu plana uyğun olaraq, Alyaska görüşünün təşkili sülh danışıqları üçün bəhanə kimi, gündəliyin sonuncu məsələsi kimi planlaşdırılmışdı. Əsas məqsəd Rusiya ilə münasibətləri bərpa etmək və gələcək birgə əməkdaşlığın təməlini qoymaq idi.

Sülh danışıqlarına maliyyə və ticarət nazirlərinin, eləcə də "Exxon Mobil" kimi özəl neft şirkətinin daxil edilməsi görüşün əsl məqsədini şübhəsiz, ortaya qoyur. Orada ciddi sülh razılaşması olmayıb və söylənilənlər də saxta məlumatdır, ictimai fikri yayındırmaq və görüşün əsl məqsədini gizlətmək üçündür.

- Hazırda Putinlə Zelenskinin görüşü planlaşdırılır, aparıcı Avropa dövlətlərinin iştirakı ilə Ukraynanın gələcək təhlükəsizliyinin təminatları müzakirə olunur. Bunların nəticələri necə olacaq?

- Hesab edirəm ki, hələlik tərəfləri sülh danışıqlarına məcbur edəcək heç bir real şərt mövcud deyil. Dövlət başçılarının rəsmi bəyanatlarına gəldikdə isə, siyasi mövzuların şərhində tez-tez istifadə etdiyim bir ifadəni xatırladıram: "Siyasətçilərin dedikləri həqiqəti çatdırmaq üçün deyil, onu gizlətmək üçündür".

Trampa deyilmişdi ki, Amerika prezidentinin işğalçı dövlətin rəhbəri ilə görüşməsi doğru deyil. Bu, yalnız o halda uyğun hesab edilər ki, görüşdə müsbət nəticələrə ciddi əminlik olsun. Adını "sülh danışıqları" qoyduqları görüşdən sonra dünya ictimaiyyətinə nə deyə bilərdilər: "Bağışlayın, iki dövlət başçısı görüşdü, amma heç bir razılığa gəlmədik"?

Putin öz imicini artırmaq üçün bunu deyə bilərdi, amma Tramp partiyasının rəhbərliyi, Senat, Konqres və ən əsası Amerika ictimaiyyəti qarşısında məsuliyyətini dərk etmirmi?

Sizin sadaladığınız tədbirlərdən biri - Putinlə Zelenskinin görüşünün təşkil olunması üzərində iş gedir. Bu isə yalnız görüntü yaratmaq və ictimai fikri inandırmaq üçün məcburi atılacaq addımdır. Görüş olsa belə, nəticə "0" olacaq.

P.SULTANOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Sentyabr 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see381

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see206

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see188

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see171

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see139

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

İspaniya mətbuatı: Xabi Alonsonun Real dakı taleyi qarşıdakı 3 oyundan asılıdır

02 Dekabr 2025 08:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri