İran ABŞ dən qovulan tələbələrə qapı açdı: “Məmnuniyyətlə qəbul edəcəyik”
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran ABŞ universitetlərindən xaric edilən iranlı tələbə və müəllimlərin ölkədəki təhsil müəssisələrinə qəbul ediləcəyini açıqlayıb.
Redaktor.az bu barədə SNN telekanalına istinadən xəbər verir ki, İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simai Saraf bildirib.
Nazir qeyd edib: “ABŞ hakimiyyətinin bəzi tələbələrimizi hüquqi və etik normalara zidd olaraq qovduğunu nəzərə alaraq, bəyan edirəm ki, Amerika universitetlərindən qovulanların hamısı məmnuniyyətlə İrandakı ekvivalent təhsil müəssisələrinə qəbul ediləcəklər”.
O həmçinin tələbə və müəllimləri təhsil və iş yerlərinin itirilməsi ilə bağlı narahat olmamağa çağırıb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb, Tehran və bir sıra böyük şəhərlər hücuma məruz qalıb.
SEPAH isə cavab olaraq genişmiqyaslı əməliyyat elan edib və bölgədə bir sıra ABŞ hərbi obyektlərinin hədəfə alındığı bildirilib.
Aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla iki həftəlik qarşılıqlı atəşkəs elan edib. Aprelin 11-də isə İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 Aprel 2026 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















