İran ABŞ helikopterini nə ilə vurub? Detallar
Icma.az, Axar.az saytına istinadən bildirir.
ABŞ-a məxsus "AH-64 Apache" zərbə helikopteri Hörmüz boğazı üzərində İranın kamikadze dronu tərəfindən vurulub.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ administrasiyasındakı adsız rəsmi şəxslərə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, döyüş maşınına İranın "Shahed" kamikadze-dronu ilə zərbə endirilib. Helikopterin heyətində olan iki nəfər Amerika pilotsuz kateri vasitəsilə xilas edilib.
Bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatlar İranın "AH-64 Apache" helikopterinə etdiyi hücuma cavab verməyə borcludur. O, helikopterdə olan hər iki pilotun xəsarət almadığını qeyd edib.
İyunun 9-u səhər saatlarında "The New York Times" qəzeti helikopterin Hörmüz boğazı rayonunda qəzaya uğradığını xəbər vermişdi. Nəşrin həmsöhbətlərindən biri qəzanın səbəblərinin hələlik müəyyən edilmədiyini bildirmişdi. Onun sözlərinə görə, müstəntiqlər helikopterin İran tərəfindən vurulduğunu, yoxsa qəzanın texniki nasazlıq səbəbindən baş verdiyini araşdırırdılar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 09 İyun 2026 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















