İran ABŞ ni xəbərdar etdi: “Avropadakı hərbi bazalarınız da hədəf olacaq”
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ABŞ-nin İrana qarşı mümkün hərbi təcavüzü ilə bağlı Vaşinqtona xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rezai “X” sosial şəbəkəsindəki şəxsi hesabında ABŞ-yə müraciət edərək bildirib ki, əgər Vaşinqton İrana qarşı yeni müharibəyə başlayarsa, bu təcavüzdə iştirak edən bütün hərbi bazalar İranın ölümcül zərbələri üçün qanuni hədəfə çevriləcək.
Onun sözlərinə görə, bu hədəflər Yaxın Şərqdən Avropaya qədər uzanan ərazidə yerləşən ABŞ hərbi bazalarını əhatə edəcək.
“İşğalçılar üçün nə təhlükəsiz məsafə, nə də təhlükəsiz sığınacaq olacaq”, – deyə Rezai vurğulayıb.
O, həmçinin qeyd edib ki, təcavüzdə iştirak edən heç bir hərbi baza toxunulmazlıq statusuna malik olmayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 12 Noyabr 2026 09:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















