İran ABŞ nin Küveytdəki aviabazasına zərbə endirib, yaralılar var
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
İranın ABŞ-nin Küveytdə yerləşən Əli əl-Salem aviabazasına endirdiyi raket zərbəsi nəticəsində təxminən beş ABŞ vətəndaşı xəsarət alıb.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, son 24 saat ərzində aviabazaya İranın “Fateh-110” tipli ballistik raketi ilə zərbə endirilib. Küveytin hava hücumundan müdafiə sistemləri raketi məhv etsə də, onun qalıqları aviabazanın ərazisinə düşüb.
Hadisə nəticəsində bir neçə amerikalı hərbçi və podratçı yüngül xəsarətlər alıb.
Hücum zamanı hər birinin dəyəri təxminən 30 milyon ABŞ dolları olan iki ədəd “MQ-9 Reaper” zərbə pilotsuz uçuş aparatı da zədələnib, aparatlardan biri tamamilə məhv edilib.
Qeyd edək ki, Vaşinqtonda İranla ABŞ arasında apreldən qüvvədə olan atəşkəs rejiminin uzadılması müzakirə edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 30 May 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















