İran ABŞ razılaşma layihəsində raket proqramı gündəmdən çıxarılıb
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
İran və ABŞ arasında hazırlanmış anlaşma memorandumunun layihəsinə əsasən, yekun danışıqlar əsasən nüvə və iqtisadi məsələlərə fokuslanacaq və İranın raket proqramı müzakirə mövzusu olmayacaq.
Redaktor.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Məlumata görə, sənəd layihəsində ABŞ-nin İrana qarşı sanksiyaları ləğv etməsi, İran ətrafında hərbi qüvvələrini geri çəkməsi və dəniz blokadasını aradan qaldırması kimi öhdəliklər yer alır.
Bildirilib ki, razılaşma layihəsinə həmçinin Hörmüz boğazının açılması, neft ixracına qoyulan məhdudiyyətlərin ləğvi və İranın dondurulmuş maliyyə vəsaitlərinin geri qaytarılması ilə bağlı müddəalar daxildir.
Qeyd olunub ki, sənəd İran iqtisadiyyatının bərpası və maliyyə axınının normallaşdırılmasını da nəzərdə tutur.
Məlumata görə, layihənin qüvvəyə minməsi üçün müvafiq dövlət qurumları tərəfindən yekun təsdiq verilməlidir.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 12 İyun 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















