Icma.az
close
up
RU
İran ABŞ və İsrailə meydan oxuyur: kütləvi nümayişlər, sərt tələblər və nüvə ambisiyası

İran ABŞ və İsrailə meydan oxuyur: kütləvi nümayişlər, sərt tələblər və nüvə ambisiyası

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda ABŞ səfirliyinin 1979-cu ildə ələ keçirilməsinin ildönümündə kütləvi aksiyalar keçirilib və şüarlar səsləndirilib

Türkiyənin "Yeni Şafak" nəşrinin verdiyi məlumatlara görə, noyabrın 4-də İranın paytaxtı Tehranda və digər böyük şəhərlərində minlərlə insan küçələrə çıxaraq ABŞ səfirliyinin 1979-cu ildə ələ keçirilməsinin ildönümünü qeyd edib. Aksiyada ABŞ və İsrail əleyhinə şüarlar səsləndirilib, bayraqlar yandırılıb, Donal Tramp və Benyamin Netanyahu ilə bağlı manekenlər nümayiş etdirilib.

Keçmiş ABŞ səfirliyinin binası önündə raket maketləri və "Amerikaya ölüm" yazıları göstərilib. Bu il tədbir əvvəlkindən daha gərgin atmosferdə baş tutub - səbəb isə yayda baş vermiş və ABŞ ilə İsrailin İranın nüvə obyektlərinə aviazərbəsi ilə nəticələnmiş münaqişə olub. 1979-cu ildə səfirliyin ələ keçirilməsi nəticəsində 52 amerikalı diplomat 444 gün girov saxlanılıb. Bu hadisədən sonra iki ölkə arasında diplomatik münasibətlər bərpa olunmayıb.

"İran təkbaşına NATO-ya qarşı döyüşüb"

Tədbirlərdə çıxış edən İran İnqilab Keşikçiləri Korpusunun rəsmiləri ABŞ və İsraili "açıq düşmən" adlandırıb. General Əli Məhəmməd Naini bəyan edib ki, İranın hərbi potensialı artıb və hər hansı hücum daha ağır nəticələnəcək: "Biz daha güclüyük, qarşı tərəfin zəifliyi isə getdikcə daha aydın görünür". O, yayda 12 gün davam edən İsrail-İran toqquşmasının "tamamilə ABŞ-ın sifarişi" olduğunu iddia edib.

O, əlavə edib ki, İran "təkbaşına NATO və ABŞ Mərkəzi Komandanlığına qarşı dayanıb". Eyni zamanda, İran prezidenti Məsud Pezeşkian bildirib ki, Tehran nüvə proqramını bərpa etməkdə qərarlıdır. İran rəsmiləri iddia edir ki, proqram "yalnız dinc məqsədlidir", lakin Qərb və MAQATE ölkənin nüvə silahına ən yaxın mərhələdə olduğunu deyir.

"ABŞ İsraildən imtina etməsə, dialoq olmayacaq"

İranın ali lideri Ayətullah Əli Xamenei Vaşinqtonla danışıqlar üçün üç şərt irəli sürüb: ABŞ İsrailə dəstəyi dayandırmalı; bütün bütün hərbi bazalarını Yaxın Şərqdən çıxarmalı; İranın daxili işlərinə qarışmamalıdır. O, deyib: "ABŞ-ın problemi bizim "Amerikaya ölüm" şüarımız deyil. Problem maraqların uyğun gəlməməsidir". Onun sözlərinə görə, ABŞ liderləri həmişə İrandan təslimçilik gözləyib, sadəcə bunu açıq deməyib.

Tehranda keçirilən aksiyalar yalnız keçmişin xatırlanması deyil. İran ABŞ və İsrailə qarşı açıq siyasi meydan oxuyur, nüvə proqramını bərpa etmək niyyətini gizlətmir, Vaşinqtonla dialoqa yalnız ultimatumlar əsasında hazır olduğunu bildirir. Bu, bölgədə gərginliyin növbəti mərhələyə keçdiyini göstərir.

Moderator.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Noyabr 2025 20:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see220

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see171

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see169

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see145

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri