Icma.az
close
up
RU
İran adlanan coğrafiyada Azərbaycan türklərinin mövcudluğu 1000 illərə dayanır, tarixi reallıq budur

İran adlanan coğrafiyada Azərbaycan türklərinin mövcudluğu 1000 illərə dayanır, tarixi reallıq budur

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda Azərbaycan əleyhinə təbliğatın əsas simalarından olan Əli Əkbər Raefipurun şagirdlərindən biri olan Behbud Kaboli X hesabında Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin “Azərbaycan musiqisi valehedicidir. Təbrizdən eşitmək çox xoşdur” paylaşımına qərəzli münasibət bildirib. Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb. Behbud Kaboli Azərbaycanın ərazi bütövlüyünə dil uzatmaqdan da çəkinməyib: “Cənab səfir, özünüzə saxta mədəniyyət düzəltməyin. Şimali Azərbaycan böyük İranın geniş ərazisinin bir hissəsi olub və olacaq. Bu musiqi də Təbrizdən səslənən əsl İran musiqisidir. Əgər ruslar Şimali Azərbaycanı ayırmasaydılar, indi siz İran vətəndaşı idiniz. Əlbəttə, gələcəkdə İran vətəndaşı olacaqsınız”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadənin “Azərbaycan musiqisi valedicidir və Təbrizdən eşitmək çox xoşdur” paylaşımına Behbud Kabolinin qərəzli münasibəti bir çox məsələlərdən xəbər verir.

Sadiq İsabəyli

“Bu münasibət onu göstərir ki, İranın tarixi saxtalaşdırılıb və saxtalaşdırılmış tarixin əsasında da 100 ildir ki, bir ideoloji siyasət yürüdülür. Bu siyasətdə də, çox təəssüf ki, Azərbaycan əleyhinə yönəlmiş düşmənçilik var və bu düşmənçilik artıq onların siyasi və ideoloji mahiyyətini təşkil edir. Bu səbəbdən də Behbud Kaboli kimi fars şovinist ideologiyasının daşıyıcıları açıq şəkildə hər hansı bir bəhanə oldu-olmadı, Azərbaycan xalqının mədəniyyətini, tarixini, onun dövlətçilik ənənələrini inkar etməyə çalışırlar. Yəni istənilən fürsətdən bunun üçün istifadə edir, Azərbaycan torpaqlarının İran adlanan dövlətin tərkibində olması məsələsini gündəmə gətirirlər. Bu da onu göstərir ki, tarixi saxtalaşdırmaqdan başqa bunların deyəcək sözləri də yoxdur”-deyə siyasi şərhçi qeyd edib.

Sadiq İsabəyli bildirib ki, İran adlanan coğrafiyada Azərbaycan türklərinin mövcudluğu 1000 illərə dayanır və həmin ərazilərdə Azərbaycan türkləri dövlət qurub və oranı idarə edirdi. Orada dilin, mədəniyyətin, ticarətin, dövlətçilik ənənələrinin formalaşdırılmasında əsas rol oynayıb. Sadiq İsabəylinin fikrincə, bu səbəbdən onlar hər zaman bu reallığı ört-basdır etməyə, saxtalaşdırmağa çalışıblar.

“İndi o məqama gəlib çıxıblar ki, guya Türkmənçay və Gülüstan müqavilələri İrandan Azərbaycanın bir parçasının ayrılmasına səbəb olub. Əslində həqiqət başqadır. Yəni bu, İranın Azərbaycanı itirməsi deyil, Rus çarlığı ilə Qacar dövləti arasında yaranmış savaşlar və onun nəticəsində də Azərbaycan torpaqlarının bölüşdürülməsi məsələsidir. Bunun çox ciddi tarixi səbəbləri var. Yəni orada digər dövlətlər, özəlliklə Fransanın rolu hələ də müəyyənləşdirilməyib. Çox təəssüf ki, bizim tarixçilərimiz bu məsələni araşdırmayıblar. Abbas Mirzənin ordu quruculuğu və xarici dövlətlərlə, xüsusilə Fransa ilə apardıqları danışıqlar hansı prosesləri nəzərdə tuturdu və Abbas Mirzənin Azərbaycanda ordu quruculuğunu aparması kimləri qıcıqlandırırdı? Nəticədə Fransanın üzərinə götürdüyü bir sıra öhdəliklər var idi. O, cümlədən Azərbaycana topların və silahların verilməsi, əsgərlər üçün geyimlərin verilməsi, bir sıra tələblərinin ödənilməsi və s. Təəssüf ki, bu Fransa tərəfindən bu proses həyata keçirilmədi. Bir müddətdən sonra Napoleon Bonapart getdi Rus çarlığı ilə anlaşdı və o anlaşma nəticəsində də Azərbaycanın parçalanmasına yeni bir şərait yaradıldı. O savaşlardan sonra Azərbaycan parçalandı və bu savaşlar dövründə, yəni Azərbaycanın çar Rusiyasının savaşı dövründə hətta bir fars belə o savaşda iştirak etməyib. Bir qeyri-azərbaycanlı o savaşda döyüşməyib. Azərbaycan türkləri 10 illərlə savaşda iştirak ediblər və necə deyərlər, o prosesi təkbaşına yürüdüblər. İndi bunlar gəlib, necə utanmadan iddia edirlər ki, “Azərbaycan guya tarixi İran torpağıdır”... Bu məsələyə belə don geydirmək, əsassız tarixi arqumentlər gətirmək cəfəngiyyatdan başqa bir şey deyil. Amma biz hər zaman çalışırıq ki, bu fars şovinistlərinə çox məsələləri unutduğunu başa salaq. Unudurlar ki, İran adlanan dövlətin qurucuları Azərbaycan türkləri olub və bu coğrafiyada əsrlərlə türk hakimiyyəti mövcud olub”-deyə Sadiq İsabəyli qeyd edib.

Sadiq İsabəyli deyir ki, İran rejimi bu 100 il ərzində istər Pəhləvisi olsun, istər molla-fars rejimi olsun, Azərbaycan türklərinin ana dilində təhsil almasını qadağan edir və imkan vermir ki, bu insanlar öz dillərində oxusunlar, mədəniyyətlərini inkişaf etdirsinlər.

“Dünya Ana dili günü Təbrizdə məktəbli uşaqlar, Azərbaycan xalq mahnılarını və bizim tariximizə, kültürümüzə aid mahnılar oxuyurlar və bunu Azərbaycanın Tehrandakı səfiri cənab Əli Əlizadə hörmətlə qarşılayır, bunu xoş bir məsələ olaraq gündəmə gətirir. Bununla da həm də fars siyasi rejiminə demək istəyir ki, bu addımlar gözəl addımlardır. Bu, Azərbaycan mədəniyyətinə müsbət yanaşmadır. Bunu, necə deyərlər, tamamilə tərs bir yöndən gündəmə gətirirlər və Azərbaycan dövlətinə həm də torpaq iddiası, ərazi iddiası irəli sürürlər. Bu da onların o çirkin mahiyyətini ortaya qoyur. Azərbaycan İranın bir hissəsi olmayıb və bu iddialar əsassızdır və tarixdə Azərbaycan türklərinin bu ərazidə dominant rolu inkar edilməzdir. Təəssüf ki, fars faşizmi dediyimiz o cərəyanlar yalan təbliğatlara aldanıblar və bu yersiz, əsassız iddialarını da zaman-zaman ortaya qoyurlar”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri