İran AEBAnın qətnaməsinə cavab olaraq yeni sentrifuqalar buraxıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qətnaməsinə cavab olaraq yeni sentrifuqaları fəaliyyətə buraxdığını elan edib.
“Report” xəbər verir ki, məlumatı “Mehr” agentliyi yayıb.
İranın Atom Enerjisi üzrə Təşkilatı və Xarici İşlər Nazirliyinin birgə açıqlamasında qətnamənin siyasi motivli olduğu, reallığı əks etdirmədiyi və məhsuldar olmayacağı vurğulanıb.
Qeyd edək ki, AEBA-nın 35 dövlətin nümayəndəsindən ibarət Direktorlar Şurasında İranın nüvə proqramı ilə bağlı qətnamə qəbul edilib. Sənəddə Tehranın agentliklə əməkdaşlığı yaxşılaşdırması istənilib. Məlumata görə, yaza qədər əhatəli hesabat dərc ediləcək.
Məlumat görə, qətnamənin lehinə 19 ölkə səs verib. Rusiya, Çin və Burkina-Faso sənədin əleyhinə səs verib, 12 ölkənin nümayəndəsi tərəfsiz qalıb.
Qətnamə ABŞ-nin dəstəyi ilə Almaniya, Böyük Britaniya və Fransa tərəfindən təqdim edilib.
Baxış sayı:89
Bu xəbər 22 Noyabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















