Icma.az
close
up
RU
“İran alov içində: etirazlar şəhərləri aşır, rejimlə toqquşma dərinləşir“ İsrail mətbuatı

“İran alov içində: etirazlar şəhərləri aşır, rejimlə toqquşma dərinləşir“ İsrail mətbuatı

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

"Dinc etirazçılara qarşı kütləvi zorakılıq halında Vaşinqtonun müdaxilə edəcəyi istisna olunmur..."

İranda etirazlar yeni və daha kəskin mərhələyə daxil olub. Müxtəlif bölgələrdən daxil olan məlumatlara görə, Həmədan vilayətinin Əsədabad rayonu, Luristan əyalətindəki Azna və Kudəşt şəhərlərinin böyük hissəsi etirazçıların nəzarətinə keçib. 

Moderator.az xəbər verir ki, bu barədə "cursorinfo.co" nəşri məlumat yayıb.

Ölkə boyu nəzarətin itirildiyi anlar

Nəşrin yazdığına görə, aksiyalar artıq təkcə paytaxt və iri şəhərlərlə məhdudlaşmır, ölkənin strateji nöqtələrini də əhatə edir. Etiraz dalğasına Qum, Nəhavənd, Kavər və xüsusilə də iqtisadi və hərbi baxımdan mühüm olan Bəndər-Abbas limanı qoşulub. Bu liman İranın neft ixracının və həyati əhəmiyyətli idxalının əsas qapılarından biri sayılır.

Rejim rəmzlərinə açıq hücumlar və zorakılığın artması

Müxtəlif əyalətlərdə etirazçılar dövlət qurumlarına, "Bəsic" bazalarına və təhlükəsizlik strukturlarına qarşı hücumlar təşkil edir. Xürrəməabadda xüsusi təyinatlılarla toqquşmalar qeydə alınıb, Marvdaşt, Həmədan və Abdan şəhərlərində isə aksiyalar daha da genişlənir. Fəallar təhlükəsizlik qüvvələrinin mülki geyimdə hərəkət etməsi və "təcili yardım" maşınlarından qüvvə daşımaq üçün istifadə olunması hallarını bildirirlər.

Etirazçılar rejimin ideoloji rəmzlərini - SEPAH generalı Qasım Süleymaninin abidələrini, 1979-cu il İslam inqilabına həsr olunmuş memorialları, ayətullahların portretlərini və dini mərkəzləri yandırırlar. Küçələrdə səslənən əsas şüar isə açıqdır: "Diktatora ölüm! Xameneiyə ölüm! Azadlıq!"

Ümidlə qorxu arasında: inqilab mümkündürmü?

Bununla yanaşı, bəzi müşahidəçilər ehtiyatlı mövqe tutur. Hərbi jurnalist Sergey Auslender hesab edir ki, etirazların genişlənməsi hələ avtomatik olaraq rejimin süqutu demək deyil. Onun fikrincə, etirazçıların silahlı dayağının olmaması və ordunun rejimdən üz döndərməməsi əsas zəif nöqtədir. SEPAH və "Bəsic" kimi strukturların mövcudluğu hakimiyyətə sərt və qanlı repressiya imkanları verir.

ABŞ prezidenti Donald Tramp isə Tehrana açıq xəbərdarlıq edib: dinc etirazçılara qarşı kütləvi zorakılıq halında Vaşinqtonun müdaxilə edəcəyi istisna olunmur. Bu bəyanatlar qarşıdurmanın artıq yalnız daxili siyasi böhran deyil, potensial beynəlxalq gərginlik mərhələsinə keçdiyini göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://moderator.az
archiveBu xəbər 02 Yanvar 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri