“İran ancaq danışır, amma icraat yoxdur” Tramp
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Hörmüz boğazı üzərində “tam nəzarətə” sahib olduğunu bəyan edib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.
“ABŞ Hörmüz boğazı üzərində tam nəzarətə sahibdir. Düşünürəm ki, bu nəzarəti saxlayacağıq”, – deyə Tramp qeyd edib.
Birləşmiş Ştatların Hörmüz boğazındakı mühasirəsinin hər kəs tərəfindən “polad divar” kimi qiymətləndirildiyini iddia edən Tramp İranın bu məsələdə heç nə edə bilməyəcəyini müdafiə edib:
“Onların nə hərbi dəniz qüvvələri, nə də hərbi hava qüvvələri qalıb, geridə qalan əsgərləri isə maaşlarını ala bilmirlər. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) darmadağın edilib və qaçır. Rəhbərlikləri naməlumdur, pulları yoxdur, ölkələri isə vurulur”.
İranın əlində qalan yeganə şeyin “yalançı mətbuat” və “300 faizlik” inflyasiya olduğunu iddia edən Tramp ölkədə vəziyyətin daha da pisləşdiyini vurğulayıb:
“İran ancaq danışır, amma icraat yoxdur. Onlar artıq Yaxın Şərqin qulduru deyillər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 12 Avqust 2026 19:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















