Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Rusiyadan miqrantları üzən QƏRAR

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

İran başını itirib, nə edəcəyini bilmir

İran başını itirib, nə edəcəyini bilmir

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran başını itirib, nə edəcəyini bilmir. Hazırda xaos içindədir… Martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycana, Naxçıvan Muxtar Respublikasının ərazisinə dronlarla hücumlar həyata keçirilib. Yaralananlar var. Naxçıvanın hava limanı və təhsil ocaqlarından birində partlayan dron zərbələrindən sonra, baş vermiş terror hadisəsi zamanı ölkəmizə dəyən xeyli maddi ziyan aşkarlanıb.

Yaxın qonşularımızdan sayılan, lakin yürütdüyü siyasətlə, ölkəmizin əzəli düşməni olan Ermənistana verdiyi maddi-mənəvi, siyasi dəstəklə əsl iç üzünü göstərən və müqəddəs İslam dininə ləkə olduğunu sübutlayan İranın bu çirkin əməli ölkəmizdə hiddətlə qarşılanıb.

Prezident İlham Əliyevin təhlükəsizlik şurasəndakı kəskin çıxışı, terror hadisəsi əməli olan bu hücuma münasibəti bəzi acı həqiqətləri də aşkarladı. Əlbəttə İranın bu çirkin əməli kişilikdən uzaq bir hərəkət idi.
Müstəqil.Az hadisə ilə bağlı AYB-nin üzvi, tanınmış şair, Vətəndaş Həmrəyliyi partiyasının siyasi şurasının üzvü, siyasi şərhçi, “Dənizçilərə Sosial Dəstək”İctimai Birliyini sədri Faiq Balabəylinin fikirlərini öyrənib:

–Faiq bəy, İran İslam Respublikasının ölkəmizin ərazisinə dronlarla hücum etməsi birmənalı olaraq ölkəmizə hərbi təcavüz sayıla bilərmi?

-Əlbəttə, bu elə belədir ki, var. Bilirsiniz, bu durumda İran başını itirib, nə edəcəyini bilmir. Hazırda xaos içindədir. Özünü idarəetməyi bacarmayan bir ölkəyə çevrilib. Zaman-zaman etdiyi səhvlər, yürütdüyü çirkin siyasət, demokratiyanı boğması, qətllər, hər kəsə düşmən gözü ilə baxmaq, İslama yad və zidd olanları özünə dost seçmək istəyi bu ölkəni uçruma gətirib çıxarıb.

Azərbaycanda, elə İranda da məşhur olan bir atalar sözü var: Eşşəyə gücü çatmır, palanı döyür. Bu deyim bir başa İrana şamil olunan bir ibrətamiz məsəldir.
Azad, suveren bir dövlətlərin ərazisinə, Türkiyəyə raket, Azərbaycana isə dronlarla hücum etmək, ağlsızlıqdan başqa bir şey deyil. İran ABŞ, İsrail qarşıdurmasından yaranan müharibəyə qonşuları da cəlb etmək niyyətindədir. Məsəl var, cəhənnəmə gedən özünə yoldaş axtarar.

Vətənimizə etdiyi terrorla bağlı İranın XİN-ri Seyyid Abbas Əraqçınin verdiyi açıqlama da insanda gülünc doğurur. Araşdırma aparacağıq, deyir. Nəyin araşdırmasını, aparacaqsınız, axı, sual olunur. “Sepah” adlanan əli və vicdanı qanlı bir qurumlar var, deyir ki, dronlarla hücumu biz etmişik və əcəbdə etmişik. Əgər hökumətin tərkibində olan bir qurum özbaşına terrora əl atırsa, demək ölkədə özbaşınalıqdır. Bu ölkənin Ali dini qurumun rəhbəri və ətraflarındakılar, nazirlər doğurdan da ABŞ və İsrailin hücumundan özlərini idarə edə bilmədilər. Ağızlarından yedikləri ehsan yeməylərinin işinə, qoxusuna namərd siyasətlərinin gətirdiyi qoxular da əlavə olundu.

Özü də bu ilk dəfə deyil ki, İran bizə qarşı belə iyrənc, əsl düşmən mövqeyini sərgiləyir. Bir neçə il öncə Tehrandakı səfirliyimizə silahlı basqın, bir nəfərin qətlə yetirilməsi və digər hadisələr. 44 günlük Vətən müharibəsi zamanı molla rejminin Ermənistana verdiyi dəstək, silahlı dəstələrinin Arazın bu tayına keçərək torpaqlarımızın azad olunması üçün etdiyimiz hücumu ləngitmə cəhdləri, müəyyən qədər buna nail olmaları və sair.

– Faiq bəy, Siz “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədrisiniz. Birliyin əsas işi dənizçilərin sosial həyatı ilə bağlıdır. Məlumdur ki, İİR-nın da gəmiləri bizim, bizim də gəmilərimiz onların ərazilərinə daxil olur, yükdaşımalar və digər əməliyyatlar həyata keçirilir. Ölkələrimiz arasında iqtisadi tarazlıq, işbirliyi mövcuddur. Məlum hadisə bu işbirliyinə hansısa mənfi təsirini göstərə bilərmi?

-İlk olaraq onu deyim ki, biz İctimai Birlik olaraq vətəndaş cəmiyyəti inistitunun tərkib hissəsiyik. Qeyri Hökumət təşkilatıyıq. Kommersiyadan və siyasətdən uzağıq. Amma kim olaruq olaq, ölkəmizin adı, şərəfi, toxunulmazlığı bütün vətəndaşlarımız kimi bizə də əsas verir ki, hər hansı bir təhlükə hiss edilərsə, yaşanarsa fikrimizi bildirək, mübarizə aparaq. Ölkələrimiz arasında iqtisadi əlaqələr olub və inanmıram ki, 4-5 başıpozuq mollaya, onların yürütdükləri səhv və ikrahdoğuran siyasətinə görə bu əlaqələr sıfıra endirilsin. Baxmayaraq ki, farslar İran İslam Respublikasının əsas sakinləri olan Azərbaycan türklərinə qarşı bütün dövrlərdə amansız, rəhmsiz siyasət yürüdüblər. Təzyiqlərə və təhdidlərə baxmayaraq millətimiz özünün mənəvi dünyasını, mənəvi yaxınlığını qoruyub və bundan sonra da qoruyacaqdır.
Sualınıza gəldikdə isə deməliyəm ki, iranlı dənizçilər, gəminin heyət üzvləri də daima ölkələrinin çirkin siyasətinin əsas hissəsində olublar. Təsadüfi deyil ki, dəfələrlə sərhədçilərimiz və gömrük işçilərimiz İran gəmilərinin ölkəmizə keçirmək istədikləri narkotikanın və digər istifadəsi qadağan olunmuş məhsulların qarşısını alıb, müxtəlif agentura şəbəkələrini ifşa edib.

Hər halda, İran İslam Respublikasının Azərbaycana qarşı yürütdüyü məkrli siyasəti pisləyir və hər kəsi ayıq-sayıq olmağa çağırırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 06 Mart 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see861

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see360

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see313

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see295

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see212

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see204

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see201

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see199

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see195

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see194

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see191

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see187

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see183

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see180

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see177

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see176

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see165

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see163

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see162

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri