İran bəzi qonşu ölkələrə hücum edəcək
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
İran Məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ecei bəzi qonşu ölkələrə hücumları davam edəcəklərini bildirib. O regiondakı bəzi ölkələrin “düşmənin əlində olduqlarına” dair məlumat aldıqlarını və onların İrana hücum üçün istifadə edildiyini iddia edib.
Gununsesi.info xəbər verir ki, Ecei hazırda İranı rəsmi olaraq idarə edən 3 nəfərlik müvəqqəti şuranın üzvüdür. Həmin şuranın başqa üzvü Məsud Pezeşkian bu gün qonşu ölkələrə hücum etməyəcəklərini açıqlamışdı. O, qonşu ölkələrdən üzr istəmişdi.
Ecei həmçinin İranda sərt baxışları və SEPAH-a yaxınlığı ilə tanınır. O, İranda ilin əvvəlindəki etirazlardan sonra həbs edilən etirazçıların edamını dəstəkləyənlərdən olmuşdu.
İran konflikti başlayandan bu yana İran ərazisindən ərəb ölkələrinə o cümlədən Azərbaycana raket və dron hücumu olub. Ərəb ölkələri və Azərbaycan bu hücumları sərt tənqid ediblər.
Qeyd edək ki, İran Prezidenti Məsud Pezeşkian qonşu ölkələrdən üzr istəmişdir.İranın Xarici İşlər Nazirliyi də bu hücumu onlar tərəfindən edilmədiyini bildirmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Mart 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















