İran bir damla belə neft ixracına icazə verməyəcək
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"ABŞ və müttəfiqlərinin təzyiqinə baxmayaraq, İran silahlı qüvvələri növbəti xəbərdarlığa qədər regiondan bir litr belə neft ixracına icazə verməyəcək".
"Unikal" xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü Sərdar Naini deyib.
"İran artıq müharibənin gedişatına və nəticəsinə nəzarət edir. Regionun nəticəsini amerikalılar yox, İran qüvvələri müəyyən edir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İran silahlı qüvvələrinin "hakimiyyətinin sonu" ilə bağlı iddiaları doğru deyil.
Qeyd edək ki, hərbi və kommersiya gəmiləri də daxil olmaqla, bütün ABŞ gəmiləri İran raketləri və dronlarından qorunmaq üçün 1000 kilometrdən çox məsafədə qalmağa məcburdur. Amerika qoşunları bazaları tərk edərək regiondakı şəhərlərə doğru irəliləyir, İsrail qüvvələri isə mülki obyektlərdən gizlənmək üçün istifadə edir.
Naini həmçinin qeyd edib ki, İranın raket hücumlarının azalması ilə bağlı iddialar yalandır - İranın raketləri daha güclü hala gəlib və döyüş başlıqları hazırda bir tonu keçib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 10 Mart 2026 10:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















