“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Marja.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp, İrana qarşı həyata keçirdikləri hücumlarla bağlı açıqlamalar verib.
Marja xəbər verir ki, Tramp, “İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər” deyib.
Tramp deyib:
"İranın 2 seçimi var. Sabah axşam İrana qarşı yeni əməliyyatlar ola bilər. Bütün ölkə tək bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər. ABŞ-nin əlindəki silahlar heç kimdə yoxdur. Bizdəki avadanlıq heç kimdə yoxdur. F-15 pilotunu xilas etdik. Çox gözəl helikopterlə xilas etdik. Möhtəşəm bir əməliyyat idi. ABŞ ordusu heç vaxt əsgərlərini arxada qoymur. Əməliyyatda 4 bombardman təyyarəsi, 64 döyüş təyyarəsi, 48 yanacaq doldurma təyyarəsi və 13 xilasetmə təyyarəsi daxil olmaqla ümumilikdə 155 təyyarədən istifadə etdik. Əməliyyat 7 saat davam etdi və ağır atəş altında qaldıq. Pilot çox cəsur idi, dağa qalxdı, qan itirirdi, amma tutulmadı. İran qüvvələrini çaşdıraraq fərqli bölgələrə yönəltdik və İran ərazisini heç bir itki vermədən tərk etdik”.
Tramp deyib ki, İranın tələbləri yerinə yetirməsi üçün sabah axşam saat 20:00-dək vaxtı var (sabah ABŞ-da saat 20:00 olanda Bakıda 8 aprel saat 04:00 (səhər) olacaq).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 06 Aprel 2026 22:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















