Icma.az
close
up
RU
İRAN DAHA AZ RAKET ATIR, AMMA DAHA DƏQİQ VURUR Bahalı hədəflər seçilir...

İRAN DAHA AZ RAKET ATIR, AMMA DAHA DƏQİQ VURUR Bahalı hədəflər seçilir...

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müharibənin ilk günlərində İran yüzlərlə ballistik raket buraxaraq ABŞ və İsrailin hava hücumundan müdafiə sistemlərini üstələməyə çalışırdı. Lakin həmin mərhələdə raketlərin böyük hissəsi zərərsizləşdirilirdi.

Martın 28-dən etibarən isə Tehran taktikasını dəyişib. Artıq daha az sayda – yaxın və uzaqmənzilli raketlər buraxılır. Buna baxmayaraq, gündə orta hesabla 20-30 raketin hədəfi vurma ehtimalı artıb. Bu barədə açıq mənbələrlə işləyən hərbi təhlilçilər məlumat verirlər.

Ekspertlərin fikrincə, bunun bir neçə səbəbi var. Əsas amillərdən biri ABŞ və İsrailin İranın hərbi imkanlarına ciddi zərbələr endirməsidir. Bunun fonunda Tehran qalan arsenalını qorumağa çalışır və hədəflərə daha seçkili yanaşır.

Vaşinqtonda yerləşən Stimson Mərkəzinin baş elmi işçisi Kelli Qrieko bildirir ki, ABŞ və İsrailin zərbələri İranın raket buraxma infrastrukturuna ciddi ziyan vurub. Onun sözlərinə görə, İran məqsədli şəkildə strategiyasını dəyişərək daha kiçik, lakin daha dəqiq zərbələrə üstünlük verir və əsasən “bahalı” hədəfləri seçir. Bu hədəflər sırasında ABŞ-nin Yaxın Şərqdəki hərbi obyektləri və radar sistemləri, Fars körfəzindəki ərəb müttəfiqlərin neft-qaz infrastrukturu, eləcə də İsraildə sənaye və enerji obyektləri yer alır.

Ekspertlər hesab edir ki, İran daha az raket istifadə etməklə belə müharibədə əsas məqsədlərinə qismən nail olur – cəbhəni genişləndirir, qlobal iqtisadiyyata təsir göstərir və ABŞ ilə müttəfiqlərinə birbaşa zərər vurur. İranın geniş ballistik raket arsenalının məhv edilməsi müharibənin əsas məqsədlərindən biri sayılır. ABŞ və İsrail bu məqsədlə İranın raket buraxılış qurğularına, ehtiyatlarına və yeraltı zavodlarına zərbələr endirir. ABŞ Prezidenti Donald Tramp martın 26-da bildirib ki, İranın “çox az raketi qalıb”. İsrail tərəfi isə raket ehtiyatlarının və buraxılış qurğularının ən azı 70%-nin məhv edildiyini iddia edir.

Buna baxmayaraq, regionda hər gün hava həyəcanı siqnalları verilir. Hərbi təhlilçilərin sözlərinə görə, İran gündə orta hesabla 20-30 ballistik raket buraxmağa davam edir. Bundan əlavə, Tehran hər gün onlarla ucuz, lakin dağıdıcı dronlardan da istifadə edir və getdikcə mobil buraxılış qurğularına üstünlük verir.

“Reuters” agentliyinin məlumatı isə bu iddialarla ziddiyyət təşkil edir. Agentlik martın 17-də mənbələrə istinadən yazıb ki, ABŞ yalnız İranın raket arsenalının təxminən üçdə birinin məhv edildiyini dəqiq deyə bilər. Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunun eksperti Fərzan Sabet bildirir ki, İran uzun illərdir kütləvi raket və dron istehsalına böyük sərmayə yatırıb və bu silahları ölkənin mürəkkəb coğrafiyasında gizlədib: “Görünür, Tramp administrasiyası və İsrail İranın raket və dron potensialının zəiflədilməsi ilə bağlı şişirdilmiş bəyanatlar veriblər”.

Məlumatlara görə, İranın yalnız yaxınmənzilli ballistik raketlərinin sayı 2 mindən 8 minədək dəyişə bilər. Ekspertlər həmçinin bildirirlər ki, ABŞ və İsrail İranın yeraltı “raket şəhərləri”nin girişlərinə zərbə endirməklə onları sıradan çıxarmağa çalışır. Lakin İran ordusu bu obyektlərin girişlərini sürətlə bərpa etmək üzrə təlim keçib və bu, itirilmiş hesab edilən imkanların yenidən istifadəsinə şərait yaradır. Arsenalın azalmasına baxmayaraq, İranın zərbələrinin effektivliyi artır. ABŞ və onun müttəfiqləri İran raketlərini zərərsizləşdirmək üçün tutucu-raketlərdən istifadə edir.

“The Wall Street Journal” yazır ki, İsrail artıq ən güclü hava müdafiə sistemlərini növbə ilə işə salmağa məcbur qalır və bu da onu daha həssas vəziyyətə salır.

“The Washington Post” isə qeyd edir ki, ABŞ bu müharibədə azı 850 “Tomahawk” qanadlı raketindən istifadə edib. Halbuki bu raketlərdən ildə cəmi bir neçə yüz istehsal olunur ki, bu da təchizatla bağlı narahatlıqları artırır.

Ekspertlərə görə, İran artıq raketlərini nə vaxt, harada və hansı hədəfə atacağına daha diqqətlə qərar verir və qalan arsenalını daha “bahalı” hədəflər üçün saxlayır.

Məsələn, martın 27-də İran raket və dronları ABŞ-nin hava müdafiə sistemlərini yararaq Səudiyyə Ərəbistanındakı “Şahzadə Sultan” hava bazasına zərbə endirib. Nəticədə azı 12 amerikalı hərbçi yaralanıb, iki “KC-135” təyyarəsinə ciddi ziyan dəyib. Martın 21-də isə İran raketləri ilk dəfə İsrailin cənubundakı Arad və Dimona şəhərlərini hədəf alıb. Onlarla insan yaralanıb. Bu şəhərlər İsrailin əsas nüvə obyektlərinə yaxın yerləşir və yüksək səviyyədə qorunur.

Kelli Qrieko hesab edir ki, atəşkəs və ya müharibənin gedişində ciddi dəyişiklik baş verməsə, İranın zərbələrinin effektivliyi sabit qalacaq, hətta tədricən arta bilər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Mart 2026 23:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri