Bakıda qarajlar rekord həddə bahalaşdı
Icma.az, Azxeber.com saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda vaxtilə avtomobil saxlamaq üçün tikilən qarajlar indi daşınmaz əmlak bazarında kifayət qədər yüksək qiymətə təklif olunur. Üstəlik, bu obyektlərin bir qismi artıq təyinatını dəyişərək avtoyuma, təmir sexi və anbar kimi istifadə edilir.
Bəs paytaxtda köhnə qaraj almaq istəyənlər nə qədər pul ödəməlidirlər?
AZXEBER.COM "Yeni Sabah"a istinadən xəbər verir ki, satış elanlarının araşdırılması zamanı sovet dövründən qalma qarajların qiymətləri arasında ciddi fərq olduğu üzə çıxıb. Bu fərqdə əsas amillərdən biri obyektin yerləşdiyi ərazidir.
Ən yüksək qiymətlərdən biri Nərimanov rayonunda qeydə alınır. Məsələn, "Nərimanov" metro stansiyasının yaxınlığında yerləşən 27 kvadratmetrlik qaraj 50 min manata satışa çıxarılıb. Həmin rayonda sahəsi cəmi 14.1 kvadratmetr olan başqa bir qarajın qiyməti isə 55 300 manatdır. Eyni ərazidə bəzi qarajlar üçün 78 min manat tələb olunur.
Yasamal rayonunda da vəziyyət fərqli deyil. Burada bəzi qarajların qiyməti 80 min manata çatır. Hətta yalnız avtomobil saxlamaq üçün nəzərdə tutulan qarajların ən ucuz təklifləri 25-30 min manatdan başlayır.
Paytaxtın digər ərazilərində isə qiymətlər nisbətən aşağıdır. Binəqədi, Suraxanı və Sabunçu rayonlarında, eləcə də Sumqayıt şəhərində bu tip obyektlərə 10-20 min manat aralığında təkliflər var. Bununla belə, qarajın təyinatı da qiymətə təsir edir. Məsələn, Binəqədidə avtoyuma məntəqəsinə çevrilmiş qarajın qiyməti 25-30 min manat civarındadır.
Hazırda belə obyektlərdən yalnız avtomobil saxlamaq üçün deyil, həm də təmir sexi, avtoyuma, anbar və digər kommersiya məqsədləri üçün istifadə olunur. Bəzi əmlak mütəxəssisləri isə daşınması mümkün olan qarajları gəlir əldə etmək üçün əlverişli yatırım vasitəsi hesab edirlər.
Beləliklə, bir vaxtlar avtomobili qorumaq üçün tikilən sadə metal və beton qarajlar bu gün yerləşdiyi ünvandan asılı olaraq onminlərlə manat dəyərində əmlaka çevrilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 23 Noyabr 2026 06:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















