İran danışıqların bərpası üçün ABŞ qarşısında şərt qoydu
Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İran İsveçrədə ABŞ ilə danışıqları bərpa etmək üçün şərt kimi Livan ərazisində hərbi əməliyyatların dayandırılmasına dair zəmanət verilməsini tələb edib.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Axios” jurnalisti Barak Ravid diplomatik mənbəyə istinadən “X” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la danışıqlar üçün İsveçrəyə getməsi planlaşdırılır, lakin İsrail və Livan arasında atəşkəs razılaşmasının əldə olunub-olunmayacağından asılı olaraq vəziyyət dəyişə bilər.
Mənbənin sözlərinə görə, İran tərəfi İsveçrəyə səfərdən əvvəl Livandakı hərbi əməliyyatların dayandırılmasını tələb edir.
O əlavə edib ki, hazırda vasitəçilər bu məsələnin həlli üzərində işləyirlər. Məlumatda qeyd olunub ki, planlaşdırılan danışıqlar İsrailin Livana endirdiyi zərbələrdən sonra müvəqqəti təxirə salınıb, lakin vasitəçilərin gözləntilərinə əsasən, prosesin nə vaxt bərpa oluna biləcəyi dəqiqləşdirilməyib.
Qeyd edək ki, danışıqlar bərpa olsa, ABŞ tərəfini danışıqlarda prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner təmsil edəcək.
Aişə Abdulova
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 20 İyun 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















