Icma.az
close
up
RU
“İran daxilindəki müxtəlif qruplar Rusiya ilə strateji müttəfiq olmaq və İsraillə döyüşmək istəyir Video

“İran daxilindəki müxtəlif qruplar Rusiya ilə strateji müttəfiq olmaq və İsraillə döyüşmək istəyir Video

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“İran İslam Respublikasında hökümətin daxilində müxtəlif dəstələr, qruplar var ki, Amerikaya və Qərb ölkələrinə meyllidirlər. Bir çoxu da Rusiya və Çinə çox ümid bağlayırlar. O ifratçı qüvvələr ki, istəyirlər İsraillə mübarizə aparsınlar, Amerika ilə döyüşsünlər və daxildə də milləti təzyiq altında saxlayırlar. Onların ümidi budur ki, ruslarla strateji müttəfiq olsunlar”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli siyasi şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi deyir ki, indi İran dünyada tək qalıb, heç bir dostu yoxdur və əsas qüvvələri proksi qüvvələridir.

Maşallah Rəzmi

“İndi İranın əsas ümidi budur ki, ruslarla strateji müqavilə bağlasın. Amerika və ya Avropa ilə aralarında şiddətli bir döyüş başlasa, Rusiya İranın arxasında dayansın. İsrail bu məsələdə nəzərdə tutulmur. Çünki, Əsədin höküməti dağılandan sonra bir sıra sənədlər üzə çıxıb ki, Rusiyanın İsraillə bəzi əməkdaşlığı olub. İranın proksi qüvvələrini, silah ambarlarını Suriyada bombalamağa ruslar heç vaxt mane olmayıblar. Hətta Rusiya istəmirdi ki, İran orada güclənsin”-deyə siyasi şərhçi qeyd edib.

Maşallah Rəzmi əlavə edib ki, İranda müxalifət çoxdur və hakimiyyətin daxilində də “ruslar həmişə iranlılara xəyanət ediblər, onlara bel bağlamaq olmaz” fikri var.

“Əli Xamenei çalışır ki, Rusiyaya bir sıra planlar versin və Rusiya qəbul etsin ki, İranla strateji müttəfiqdir. İndiyədək Rusiya İranı özlərinə bir müttəfiq kimi qəbul ediblər, amma strateji müttəfiq olmayıblar. Həmişə bu müqavilənin imzalanması təxirə salınıb. Amma illər boyu bu məsələ arada qalıb. Düşünmürəm ki, yanvarın ortalarında da bu müqavilə imzalansın. Xüsusən də, indi İranla Rusiyanın arası dəyib, əvvəlki kimi aralarında dostluq yoxdur”-deyə Maşallah Rəzmi bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see193

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see184

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see171

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see167

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri